Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Leyla Abdullayeva: “Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır”

15.04.2021 20:23 1 308
Leyla Abdullayeva: “Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır”
“Ermənistan XİN-in nümayiş etdirdiyi yanaşma heç bir təəccüb doğurmur, çünki bu əsassız iddialar ənənəvi olaraq rəsmi Yerevan tərəfindən səsləndirilir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, eşitdiklərini fərqli şəkildə yozmaqla məşğuldur”.

Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Prezidentinin fikirlərinə şərhi ilə bağlı suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan, Azərbaycan rəsmiləri tərəfindən səsləndirilən fikirlərdə də bu kimi məqamlar axtarmağa çalışır: “Məlum olduğu kimi, məhz Ermənistan beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşı çıxış edərək uzun illər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib. Əksinə, Azərbaycan beynəlxalq hüququn sözügedən prinsipləri əsasında ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və hər zaman bu mövqedən çıxış edib. Tarixi özlərinin güclü tərəfi kimi qələmə verməyə çalışan Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır. Elə bu səbəbdən də illərdir ki, erməni xalqını bu yalanla və miflərin girovuna çeviriblər. Rəsmi Yerevan bu həqiqəti nə qədər tez anlayarsa, erməni xalqı bir o qədər tez bölgədə dayanıqlı sülh və təhlükəsizlikdən faydalana bilər”.

Son xəbərlər