Mojo.az Banner
20:36 Generalın adından istifadə edib 75 min mənimsədi - Həbs edildi  |     20:31 "İmişli" ötən ay transfer etdiyi futbolçu ilə yollarını ayırdı  |     20:24 Bakı və Masallıda pensiya dələduzluğu - Vətəndaşlar necə aldadılıb?  |     20:19 Azərbaycanda neçə bağça var?  |     20:13 Gözaltı qaralmaları hansı xəstəliklərin əlaməti ola bilər?  |     20:08 Azərbaycanda son illərdə 100 mindən çox ailə dağılıb  |     20:00 Bu məhsullarda zərərli bakteriya aşkar edildi - AQTA-dan açıqlama  |     19:55 İran Prezidentinin qızı Mehriban Əliyevanı təbrik etdi  |     19:48 Şabranda "Hyundai" yük maşınına çırpıldı - Ər-arvad öldü  |     19:43 10 minlərlə manat ödəsələr də tikinti aparılmır - "Binəqədi-Park''dan ŞİKAYƏT (VİDEO)  |     19:37 "Mançester Siti" onu 100 milyona transfer etdi  |     19:30 Xəzər dənizində yeni ada yarandı - VİDEO  |     19:25 Manatın dövretmə sürəti azalıb  |     19:17 Azərbaycanlı tələbələrin başına iş gəldi - Özü Türkiyədədir, sistemdə görünmür  |     19:12 Sabah rayonlarda leysan yağacaq  |     19:04 Sərhəddə nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırıldı  |     18:59 Dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib  |     18:51 Bu il Azərbaycanda 3 uşağa Laçın adı verilib  |     18:45 Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO  |     18:39 “ChatGPT Plus”da yeni limit  |    
Left Banner
Right Banner

İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"

15.10.2019 22:11 2 024
İlham Əliyev:
Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur.

Median.Az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir:

"İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib. Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir".

Dövlət başçısı qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib: "Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm".скачать dle 11.3
Mojo.az Banner