23:05 Noyabr bu BÜRCLƏR üçün çətin keçəcək  |     22:46 Bakıda ev YANDI  |     22:39 Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi  |     22:33 Sumqayıtda avtomobil işıq dirəyinə çırpılaraq aşıb  |     22:25 "ChatGPT"yə iki mövzuda məsləhət vermək qadağan edilib  |     22:19 Moskva vilayətindən minlərlə miqrant deportasiya ediləcək  |     22:12 Bu məktəbdə dərslər dəhlizdə keçirilir - Video  |     21:53 Daha bir cüdoçumuz Avropa çempionu oldu  |     21:51 Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?  |     21:37 Prokurorluq Qaradağ RİH-ə girdi, müavin həbs edildi  |     21:27 Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?  |     21:21 Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc cərimələndi: "Böyrəklərimdə problem var"  |     21:10 Smartfonun enerjisi çox tez tükənir? - Bu 2 saniyəlik fənd vəziyyəti dəyişə bilər  |     20:54 İranın F-35-ləri vurması yalan imiş - Deputat açıqladı  |     20:23 Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ  |     20:00 "Bu problem MDB ölkələri üçün aktualdır" - Putin  |     19:53 Ağdaş sakini yaşadığı evdə ölü tapıldı  |     19:44 Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq  |     19:17 "Neftçi" "Kəpəz"ə qalib gəldi  |     19:09 Mbappe penaltini vura bilmədi, azarkeşin ürəyi dayandı  |    

Vaksin vurduranlara hansı güzəştlər olunacaq?

Məlumdur ki, son bir neçə həftə ərzində Azərbaycanda koronavirusa yoluxma statistikasında artım müşahidə olunur. Səhiyyə rəsmiləri dəfələrlə yoluxmanın bu templə davam edəcəyi təqdirdə, yenidən sərt karantin rejiminə keçidin qaçılmaz olduğunu açıqlayıblar. Pandemiyanın ümumi sönməsi isə hələ ki, yalnız kütləvi vaksinasiya ilə mümkündür. Amma hələ də bir çox insan COVID-19 əleyhinə peyvəndə etinasız yanaşır, prosesdə lazımi qədər aktiv iştirak etmirlər.

Dünyanın bir çox ölkələrində kütləvi vaksinasiya proqramlarının davam etməsi fonunda vaksin pasportu və onun müxtəlif ölkələrin vətəndaşlarına qazandıracağı imtiyazlar müzakirə mövzusuna çevrilib. Artıq bəzi ölkələr səyahət edən şəxslər üçün vaksin pasportu tələbini tətbiq etməyə başlayıblar. Bununla yanaşı bir sıra ölkələrdə bu tələb ictimai yerlərə ziyarət edənlərə də tətbiq olunur.

Bəs Azərbaycanda necə, prosesi stimullaşdırmaq üçün bu təcrübədən istifadə edərək vaksinasiyadan keçənlərə imtiyazlar tətbiq oluna bilərmi?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, ölkəmizdə də bu tendensiyadan istifadə müsbət nəticə verə bilər: "Bütün dünyada olduğu kimi dövlətimiz də zamanında peyvənd strategiyasına və taktikasına uyğun şəkildə vaksinasiya olunmuş insanların pandemiya prosesində olan administrativ məhdudiyyətlərdən daha rahat yan keçməsində simulyasiya edəcək.

Məsələn, Azərbaycanda "ASAN” Xidmət növlərindən rahat yararlanmaları istiqamətində, digər vaksinasiya olunmamış insanlara nəzərən səyahətdə daha rahatlığın tanınması istiqamətində imtiyazlar tətbiq oluna bilər. Və ya SMS-icazə tətbiq olunduqda həmin insanlara şamil olunmaması, bölgələrə hərəkətin rahatlaşdırılması kimi müəyyən addımlar atıla bilər.

Çünki dünya təcrübəsinə baxsaq, peyvənd pasportunun verilməsi, beynəlxalq səyahət agentliklərində bu insanların daha rahat səyahət imkanlarının tanınması istiqamətində müəyyən addımların atıldığını müşahidə edərik”.

Millət vəkili bildirib ki, vaksinasiya prosesində iştirak təkcə könüllülük prosesi kimi yox, vətəndaşlıq borcu kimi dəyərləndirilməlidir: "Hər kəs bilməlidir ki, peyvənd olunmaqla həm öz sağlamlığını qoruyur, həm də insanları riskdən, təhlükədən sığorta etmiş olur".

Qeyd edək ki, bir neçə ay əvvəl İspaniyanın səhiyyə naziri Salvador İlya ölkədə vaksin olunmayan şəxslərin qeydiyyata alınacağını və bu məlumat bazasının Avropa boyunca paylaşıla biləcəyini elan etmişdi. Artıq Avropa Birliyi vətəndaşların ölkələr arasında daha asan səyahətə imkan yaratmaq üçün peyvənd pasportunu hazırlayır. İsrail peyvənd olunan sakinlərin geniş ictimaiyyət üçün açıq olmayan bəzi yerlərə - idman zalları və hotellərə daxil olmasına imkan verən "yaşıl keçid" konsepsiyanı tətbiq edən ilk ölkə olub. Çin insanların hotellərə girişdə və ya metrodan istifadə edərkən simptomsuz olub-olmadığını göstərən sağlamlıq kodu tətbiqetməsini işə salıb. Bəzi ölkələrdə, o cümlədən, Çilidə isə koronavirusdan sağalan şəxslərə xüsusi sertifikatlar verilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            648 07.04.21 19:06