Mojo.az — elanlar
Son Xəbərlər
15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda istifadə edilməyən peyvəndlərin aqibəti necə olub?

24.05.2024 21:57 843
Azərbaycanda istifadə edilməyən peyvəndlərin aqibəti necə olub?
Yoluxucu xəstəlik və viruslardan qorunmağın ən təcrübi yolu peyvəndlənmədir. Bir çox epidemiya və pandemiyaların qarşısı elmin bu ixtirası sayəsində alınıb.

Yaxın keçmişdə dünyanı bürüyən koronavirus pandemiyası zamanı da tezliklə infeksiyaya qarşı peyvənd kəşf edildi və dünya ölkələri xəstəliyə qarşı vaksinləşmə prosesinə qoşuldu.

Tərkibi eyni olan kütləvi şəkildə istehsal olunan peyvəndlərdən pandemiyanın aktiv fazası zamanı geniş istifadə olunurdu. Hazırda pandemiya rəsmi şəkildə bitib və dünya əhalisinin çox hissəsi vaksinasiya prosesinə cəlb edilib.

Bəzi ölkələrdə az sayda yoluxma faktı qeydə alınır ki, bu da pandemiya təhlükəsi yaratmır. Belə olduqda bəzi ölkələr hazırda istifadəsiz qalan peyvəndlər haqqında tədbir görürlər. Yaponiya hökuməti pandemiyanın aktiv fazası zamanı alınmış, ümumi dəyəri təxminən 1,93 milyard dollar olan, istifadə olunmamış koronavirus peyvəndinin təxminən 77%-ni məhv etməyi planlaşdırır.

Buna oxşar faktlar digər ölkələrdə də qeydə alınıb.

Bəs Azərbaycanda durum necədir? Hazırda Azərbaycanda istifadə olunmamış nə qədər, hansı dəyərdə koronavirus əleyhinə peyvənd var və onların yararlılıq müddəti nəzərə alınaraq aqibətləri necə olacaq?

Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə idxal olunan vaksin preparatlarından humanitar məqsədlə bəzi ölkələrə yardım edilib:

"Ölkədə koronavirus (COVID-19) xəstəliyinə qarşı ümumən 4 növ vaksin preparatından istifadə edilib. Bununla yanaşı, ölkəyə idxal edilən vaksin preparatlarından digər ölkələrə də (Bosniya və Herseqovina, Tacikistan, Özbəkistan, Qırğızıstan, Afrika ölkələri) humanitar məqsədlərlə yardım edilib. Hazırda tibb müəssisələrində mövcud olan CoronaVac vaksin preparatları vaksinasiya üçün müraciət əsasında istifadə olunur”.

Son xəbərlər