Mojo.az Banner
23:01 Çin maşınlarını alanlar niyə dərhal satır? — AÇIQLAMA  |     22:53 Azərbaycanda suyun qiymətinin artması ilə bağlı xəbərlərə rəsmi reaksiya  |     22:52 Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?  |     22:47 Türkiyədən gətirilən duz yodsuz çıxdı, müsadirə olundu - 4 min cərimə  |     22:44 Sosial müavinət alanlara mühüm xəbər  |     22:29 UEFA "Benfika"nın futbolçusunu irqçiliyə görə cəzalandırdı  |     22:23 Alim Qasımov Bakıda zavod açdı  |     22:18 İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?  |     22:11 Ölkədə problemli və çətin tapılan qan qrupları açıqlandı  |     22:06 Ötən ay Azərbaycanda 1 mlrd. ədəddən çox siqaret istehsal edildi  |     21:56 Ay sonuna çatmayan maaş - İnflaysiya, yoxsa lazımsız xərcləmələr?  |     21:50 Şəkidə yaşayış binasında yanğın  |     21:45 "Qarabağ"ın istədiyi futbolçular bilindi  |     21:38 30 min manatdan çox borcu olan bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyuldu  |     21:33 Fermadan 44 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Baş prokuror Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib - FOTO  |     21:15 Bakıda bu rayonlarda yeni söküntülər olacaq - ÜNVANLAR  |     21:09 Bakının bu küçələrində YOLLAR BAĞLANACAQ  |     20:40 Bakıda 2 nəfər saxlanıldı  |     20:33 Ramazan ayının altıncı günü: İmsak və iftar vaxtı, günün duası  |    
Left Banner
Right Banner

Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat

23.06.2021 21:12 696
Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat
Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal, məhdudiyyətsiz həyata qayıda bilək.

Median.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycanda iyulun 1-dən toy, nişan və ad günü mərasimlərinin müəyyən sayda insanın iştirakı ilə keçirilməsinə icazə verilməsi ölkədə koronavirus infeksiyasının qarşısının alınmasında müsbət dinamikanın əldə olunmasının təzahürüdür. Eyni zamanda, ölkədə vaksinasiya prosesinin davamlı şəkildə həyata keçirilməsi yoluxma sayında azalmaya səbəb olub: "Azərbaycanda yoluxma sayında azalmaların müşahidə edilməsi iyulun 1-dən yeni yumşalmalara getməyə imkan verdi. Hazırda Azərbaycanda ümumilikdə 3 milyondan çox insan vaksin olunub, 335 mindən artıq insan isə xəstələnərək müalicə olunub və immunitet qazanıb. Bildiyiniz kimi, cəmiyyətin 60-70 faizində bu xəstəliyə qarşı immunitet olarsa, cəmiyyət olaraq bu xəstəliyə qalib gəlmiş hesab olunuruq. İnanıram ki, yaxın zamanda bu rəqəmə nail olacağıq.

Lakin düşünürəm ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sistemli tədbirlər nəticəsində əldə etdiyimiz bu müsbət dinamika, yoluxma sayında azalma heç bir halda bizi arxayın salmamalıdır. Pandemiya ilə əlaqədar mövcud qaydalara riayət etməliyik ki, əldə edilən bu müsbət nəticəni uğurlu sonluğa çatdıra bilək".



Deputat vurğulayıb ki, toy, nişan və ad günü mərasimlərinə COVİD pasportu olan insanların buraxılması ilə bağlı qərar bir daha onu göstrərir ki, insanlar vaksinasiya olmalıdır: "Bizi istəyən, sevən doğmalarımızın, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olmalıyıq. Yəni virusun aradan qalxması, gərəkli olan rəqəmin əldə olunması üçün hamımız vaksinasiya prosesində aktiv iştirak etməliyik. Dövlətimiz bunun üçün lazımi səyləri göstərir və ölkəmizdə 4 növ vaksin var ki, insanlar könüllü şəkildə həmin vaksinlərdən istədiyini seçib vurdura bilər. Məlum olduğu kimi, vaksin olunan insanlar virusa yoluxsalar da bunu yüngül şəkildə keçirirlər. Ona görə də biz cəmiyyət olaraq vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal, məhdudiyyətsiz həyata qayıda bilək".скачать dle 11.3
Mojo.az Banner