Mojo.az Banner
21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Akif Qurbanov: “Yoluxmada artımın bu şəkildə davam etməsi narahatlıq yaradır”

10.08.2021 20:26 840
Akif Qurbanov: “Yoluxmada artımın bu şəkildə davam etməsi narahatlıq yaradır”
"Karantin rejiminin yumşaldılması, xüsusilə toyların keçirilməsinə icazə verilməsi, restoran və ticarət obyektlərinin, metronun açılması və digər yumşalma tədbirləri əhalidə müəyyən arxayınlıq yaratdı və nəticədə bu gün yoluxmaların sayında xeyli artım müşahidə olunmaqdadır. Yoluxma sayında artımın bu şəkildə davam etməsi narahatlıq yaradır”.

Bunu Trend-ə TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

A.Qurbanov bildirib ki, yumşalma tədbirlərindən sonra insanlar arasında təmaslar artdı və təəssüf ki, pandemiya qaydalarına tam əməl olunmadığı üçün yoluxmaların da sayı artdı:

"Bu onu göstərir ki, bir qədər ehtiyatlı olmalıyıq, vaksinasiya prosesində daha aktiv iştirak etməliyik. Düzdür, insanların müəyyən qismi vaksinasiya olunub, bir qismi isə xəstəliyi keçirib, ancaq nəzərə almaq lazımdır ki, vaksinasiya olunmayan, virusa yoluxmayanların da sayı çoxdur. Ona görə də hazırda yoluxmanın artması fonunda qorunma tədbirlərinə əməl etməyimiz vacibdir.

Yoluxmaların sayında artım eyni zamanda onu göstərir ki, hələ də əhali arasında virusa qarşı kütləvi immun formalaşmayıb. Ona görə də qorunma qaydalarına ciddi əməl olunmalıdır. İkinci tərəfdən bizim bir yolumuz var, vaksinasiya. Vaksinasiya olunmayanlar hökmən peyvənd vurdurmalıdır. Hamımız vaksinasiya olunsaq, onda yoluxma sayları bizi o qədər də narahat etməyəcək”.

A.Qurbanov bildirib ki, pandemiya hələ bitməyib: "Azərbaycanda vəziyyətin nisbətən əlverişli olması dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir. Qonşu ölkələrdə nələr baş verdiyini hər kəs yaxşı görür, yəni yoluxma sayları həddən artıq çoxdur. Azərbaycanda da yoluxma saylarında artımın bu şəkildə davam etməsi artıq narahatlıq yaradır. Normal həyata qayıtmaq, yenidən sərt qaydaların tətbiq olunmamasınıскачать dle 11.3
Mojo.az Banner