Mojo.az Banner
11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |     11:11 İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı  |     11:10 Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi  |     11:08 Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İddia  |     10:58 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir  |     10:56 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ənənəvi təhsilə COVID pasportu ilə? - ARAŞDIRMA

12.07.2021 19:01 1 185
Ənənəvi təhsilə COVID pasportu ilə? - ARAŞDIRMA
Məlum olub ki, ümumi təhsil müəssisələrində çalışan 220 mindən artıq müəllim və texniki heyətin 155 min nəfəri vaksin olunub.

Həmin təhsil müəssisələrində çalışan 34 min nəfər isə əks göstəriş arayışı ilə vaksin olunmayıb. Eləcə də peşə təhsili müəssisələrində çalışan 4 500-dən artıq işçi heyətin 3 300-dən çoxu vaksin olunub. Onlardan 685 nəfəri isə əks göstəriş arayışı ilə vaksin olunmayıb.

Orta ixtisas təhsili müəssisələrində çalışan 8 000-dən artıq işçi heyətin 4 800-dən çox əməkdaşı vaksinasiya prosesindən keçib. Onlardan 1 700 nəfərdən çoxu isə əks göstərişlə vaksinasiya olunmayıb.

Ali təhsil müəssisələrində çalışan 25 mindən artıq pedaqoji heyətin, demək olar ki, yarıdan çoxu, 13 minə nəfər yaxını vaksin olunub. Bu heyətin 5 500 nəfəri isə əks göstərişlə vaksinasiya prosesindən kənarda qalıb.


Beləliklə, təhsilin bütün pillələri üzrə 267 mindən artıq pedaqoji heyətin 67 faizi, yəni 180 min nəfəri vaksin olunub. 33 faizi isə bu və ya digər səbəbdən vaksinasiyadan keçməyib.

Dünyanın bir çox ölkəsinin təcrübəsi onu deyir ki, ənənəvi təhsilə qayıdış üçün əsas şərt vaksindir. Bizim də apardığımız müşahidələr belə deməyə əsas verir ki, sentyabrda məktəbə daha rahat qayıtmağın əsas yolu vaksinləşmə olacaq. Necə deyərlər, vaksinin var, buyur üzbəüz təhsilə. O cümlədən, maraqlıdır ki, minlərlə əks göstəriş arayışı həqiqəti nə dərəcədə əks etdirir? Yaxşı jurnalist araşdırması mövzusudur.

Bir çox ölkənin qaydasına görə, COVID pasportu olmayanlar sinif və auditoriyalara buraxılmır. Görəsən, Azərbaycanda bu praktika tətbiq olunacaqmı? Biz hələ tələbələrin vaksin olunmasından danışmırıq. Bununla bağlı statsitika bizə yüksək rəqəmləri demir. Belə ki, tələbələrin vaksin olunması ilə bağlı fazi göstəriciləri çox aşağıdır. Tələbələr #TəhsilÜçünVaksinasiya prosesinə niyə qoşulmur? Bu sualın özü yeni tədris ili üçün daha maraqlı səslənir.

"Report"un əldə etdiyi qeyri-rəsmi məlumata görə, Azərbaycanda növbəti tədris ilində COVID prosedurları ilə bağlı yeni qaydalar hazırlanacaq. Görəsən, dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində tətbiq olunan COVID pasportu bizdə də gerçək olacaqmı? Bu suala cavab tapmaq üçün yalnız gözləməliyik...скачать dle 11.3
Mojo.az Banner