Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik |
Mojo.az Avto
Mojo.az Avto

Hansı tibbi xidmətlər pulsuz olacaq və limit varmı? - AÇIQLAMA

25.03.2021 14:13 1 155
Hansı tibbi xidmətlər pulsuz olacaq və limit varmı? - AÇIQLAMA
İcbari tibbi sığorta xidmətlərində müəyyən limitlər tətbiq olunacaq.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İcmatiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.

Bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfində 2550 sayda tibbi xidmət daxildir. Burada 2 istiqamət üzrə limit nəzərədə tutulub:

“Xidmətlər zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Bunların hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur pulsuzdur. İl ərzində artıq 11-ci prosedur vətəndaşın öz vəsaiti hesabına olacaq”.

Bundan başqa, 2 əməliyyat üzrə limitlər tətbiq olunur. A.Əhmədovanın sözlərinə görə, bu, oynaqdaxili endopritezlərin yerləşdirilməsi və kokolyar cihazın yerləşdirilməsi, dəyişdirilməsi ilə bağlıdır. Onların hər biri üçün illik limit 300 ədəddir. Digər xidmətlərdə heç bir limit yoxdur.

Xatırladaq ki, icbari tibbi sığorta sistemi sonuncu mərhələ üzrə bu il aprelin 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda işə düşəcək. Nəzərə alsaq ki, həmin şəhər və rayonlarda yaşayan kifayət qədər vətəndaş digər regionlarda qeydiyyatdadır. Qaydalara görə, hər kəs qeydiyyatda olduğu rayon və ya şəhərdə pulsuz xidmət ala bilər. Bəs Bakıda yaşayan həmin vətəndaşlar paytaxta tibbi xidmət almaq üçün nə etməlidir?

Suala aydınlıq gətirən A.Əhmədova bildirib ki, rayon qeydiyyatında olan şəxslər hazırda yaşadıqları yerdə müvəqqəti qeydiyyata düşməlidirlər. Bunun üçün Daxili İşlər Nazirliyinə müraciət edərək müvəqqəti qeydiyyata alma ilə bağlı arayış almalıdırlar. Pulsuz xidmət almaq üçün tibb müəssisəsinə müraciət edərkən həmin sənəd də təqdim edilməlidir. Əks halda, onlar bu xidmətdən yararlana bilməyəcəklər.

Onu da qeyd edək ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilkin səhiyyə xidmətləri, təcili tibbi yardım, ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. Ambulator şəraitdə müalicə alan şəxslər dərmanları öz vəsaitləri ilə almalı olacaq. Ancaq stasionar müalicə alarkən dərman və tibbi ləvazimatlara görə əlavə ödəniş tələb olunmur.

İlkin səhiyyə xidmətləri poliklinikalarda, sağlamlıq mərkəzlərində və tibb məntəqələrində göstərilir.

Son xəbərlər