Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı |
Mojo.az Avto
Mojo.az Avto

Avropanın “AstraZeneca“ qalmaqalı: İtaliyada 29 milyon doz peyvənd aşkarlandı

24.03.2021 19:58 963
Avropanın “AstraZeneca“ qalmaqalı: İtaliyada 29 milyon doz peyvənd aşkarlandı
İtaliyada “AstraZeneca“ əczaçılıq konserninə məxsus 29 milyonadək koronavirus əleyhinə peyvənd dozunun saxlandığı anbar aşkarlanıb.

Median.Az
"Azərtac"a istinadla xəbər verir ki, anbardakı peyvənd dozlarının Böyük Britaniyaya ixrac üçün nəzərdə tutulduğu bildirilir. Avropa İttifaqının sifariş etdiyi peyvənd kontingentinin çatdırılmasında gecikmələr yaşayan konsernin bu miqdarda peyvəndin anbarlarda saxlaması böyük əks-səda doğurub. Konsern ilkin razılaşmada nəzərdə tutulan 220 milyon doz əvəzinə bu ilin ilk yarısı Aİ-yə 100 milyon doz çatdıra biləcəyini elan edib.

Böyük Britaniya üçün nəzərdə tutulan peyvəndlərin İtaliyaya gəlib çıxmasına da aydınlıq gətirilib. Məlum olub ki, Niderland Krallığının “Halix“ fabrikində istehsal edilən peyvənd kütləsi İtaliyanın “Catelent“ şirkətində flakonlara doldurulmaq üçün Latium regionuna göndərilib və hazırda Böyük Britaniyaya yola salınmaq ərəfəsindədir.

Avropa İttifaqı “AstraZeneca“ şirkətini istehsal olunmuş bu kontingenti müvafiq Avropa qurumlarından gizlətməkdə və gizlin şəkildə Böyük Britaniyaya ixraca hazırlaşmaqda ittiham edir.

Son xəbərlər