Binəqədidə su borusu partladı. 
Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. 
Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:
“Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.
Həmin görüntüləri təqdim edirik: