Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər atmosferini bərpa etmiş ilk planeti aşkar ediblər

23.03.2021 20:57 1 194
Alimlər atmosferini bərpa etmiş ilk planeti aşkar ediblər
Gliese 1132 adlı qırmızı karlik (balaca və nisbətən soyuq olan ulduzlar) ətrafında Yer kürəsinə bənzəyən GJ 1132 b adlı ekzoplanet fırlanır. Sözügedən planet Yer kürəsinə bənzəsə də bir sıra özəlliklərə görə fərqlənir. Alimlər Hubble teleskopu vasitəsilə aşkar ediblər ki, nə vaxtsa bu planetin atmosferi ulduz radiasiyasının təsiri nəticəsində məhv olub. Lakin vulkanik aktivlikdən sonra planet öz ətrafında yeni atmosfer yarada bilib. Nəticədə planetin yeni atmosferi hidrogendən, metandan və sianid tuşusundan ibarətdir. Bu barədə Phys.org saytı xəbər verib.

Alimlərin fikirlərinə əsasən GJ 1132 b də Yer kürəsi ilə eyni atmosfer təzyiqinə sahibdir. Lakin planetlərin arasında fərqliik də var. Alimlər təyin ediblər ki, GJ 1132 b hidrogendən ibarət sıx atmosferli qaz planeti şəklində yaranıb. Bununla belə onun diametri Yer kürəsinin diametrindən qat-qat böyük olub. Lakin cavan ulduz radiasiyasının təsiri nətcəsində ekzoplanet öz ilkin hidrogen və helium tərkibini itirib. Qısa müddət ərzində ekzoplanetdən yalnız Yer kürəsi ölçüsündə nüvə qalmışdı. Daha sonra isə ən maraqlı proses başlayıb.

Hubble teleskopu alimlərə planetin daha sonra yaranmış ikinci atmosferini göstərib. Uzunmüddətli müşahidə və kompüter modelləşdirməsi sayəsində məlum olub ki, planetin atmosferi hal hazırda molekulyar hidrogendən, metandan və sianid turşusundan ibarətdir. Alimlər güman edirlər ki, planetin ilkin atmosferində olmuş hidrogen mantiyanın maqmasına hopub və indi vulkanik aktivlik nəticəsində tədricən maqmadan çıxaraq planetin yeni atmosferini yaradır. Vulkanik proseslərin davam etməsi çün mantiya lazımi səviyyədə isti və duru halda olmalıdır. Alimlərin fikirlərinə əsasən bu cür kəşf digər ekzoplanetlərin aşkar edilməsində vacib rol oynaya bilər.скачать dle 11.3
Mojo.az Banner