Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video |
Mojo.az Avto
Mojo.az Avto

Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf olunub

22.10.2020 22:35 1 542
Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf olunub
Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf edilib. Tədqiqatın nəticələri "Astronomy and Astrophysics" jurnalında dərc edilib.

Median.Az
ted.az-a istinadən bildirir ki, Bern və Cenevrə universitetləri mütəxəssislərinin rəhbərliyi ilə beynəlxalq astrofizika qrupu Yerdən 120 işıq ili məsafədə yerləşən bürcdəki TOI-1266 qırmızı cırtdan ulduzun yaxınlığında iki ekzoplanet aşkar edib. Kəşf, o cümlədən Meksikada SAINT-EX rəsədxanasından aparılan müşahidələr əsasında əldə olunub.

Alimlərin fikrincə, qırmızı cırtdan obyektlər soyuq ulduz təsiri bağışlayır, buna görə də onların yaxınlığındakı planetlərdə suyun potensial mövcudluğu imkanı ehtimal olunur. Ekzoplanetlə onun ulduzu arasında məsafə birincinin aşkarlanması üçün başlıca amildir. Onlar bir-birinə yaxın olduqca astronomların Yerdən müşahidələr əsasında planeti aşkar etmək şansı da çoxdur.

TOI-1266b və TOI-1266с ekzoplanetlər öz ulduzuna Günəş sistemindəki planetlərlə Günəş arasında olan məsafə baxımından daha yaxındır və ulduzunun ətrafında Yerdəki 11 və 19 sutkaya bərabər müddət ərzində tam dövr edir. Onların ulduzu Günəşdən xeyli soyuqdur, bu halda TOI-1266с-nin temperaturu Venera ilə müqayisə edilə bilər. Lakin TOI-1266с öz ulduzuna Veneranın Günəşə yaxın olmasından yeddi dəfə çox yaxındır.

Hər iki planetin sıxlığı oxşardır. Alimlərin fikrincə, planetlər qaya süxurları və metallar, yarısı isə sudan ibarət ola bilər. Lakin ölçü baxımdan onlar fərqlənir. TOI-1266b-nin diametri Yerin diametrindən, demək olar, iki dəfə böyükdür və beləliklə, "minineptun" sinfinə aid edilir. TOI-1266с isə "superyer" sinfinə aiddir, Yerdən 1,5 dəfədən çox böyükdür.

Mütəxəssislər hesab edirlər ki, bir ekzoplanet sistemində müxtəlif siniflərin olması onların qarşılıqlı təsirini öyrənmək üçün böyük imkanlar yaradır.

Son xəbərlər