Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Su bidonlarındakı sonsuzluq TƏHLÜKƏSİ

23.03.2021 12:42 1 149
Su bidonlarındakı sonsuzluq TƏHLÜKƏSİ
Hormonal sistemi pozan bəzi kimyə maddələr son illərdə süni mayalanma ilə uşaq sahib olmaq istəyənlərin sayını artırıb.

Median.Az
"medicina.az"a istinadən xəbər verir ki, kosmetik vasitələrdə, günəş qoruyucularında, hazır sularda, uşaqların qablarında, qida qutularında Bisfenol A (BFA) adı verilən maddələr vardır.

Onlar ana qarnındakı uşağın belə yumurta sayına təsir edir. Bu kimyəvilər süni mayalanma müalicəsi alan qadınların həm qanlarında, həm yumurtalarının içində olduğu mayelərdə sübut olunub.

Gündəlik həyatda bir çox yerdə olan zərərli maddələri dəri ya da hava yolu ilə bədənimizə alırıq. Böcək dərmanları, kosmetik vasitələr, evdə istifadə etdiyimiz bəzi alətlər, hazır qidaları gündəlik həyatımızda tez-tez alırıq. Mütəxəssislər qeyd edirlər ki, son 20-30 ildə ana qarnındakı bütün körpələrə də bu maddələr təsir edir. Hətta sonsuzluğun ana qarnında belə yarandığı iddia edilir.

İnsan tərəfindən yayılan, dünyada müəyyən edilmiş 85 min kimyəvi maddə var. Bunlardan 1000-i orqanizmimizə mənfi təsir edən kimyəvilərdir. Süni mayalanma ilə bağlı müalicə alan qadınların həm qanlarında, həm də yumurtalarının içində olan mayelərdə bunlar tapılıb. Həmin qadınlarda döllənmədə (yumurta və spermanın birləşməsi) də uğursuzluq yaşanıb.

Daha çox uşaq salan qadınlarda isə bunun səbəbinin endokrin pozucu kimyəvilər olduğu deyilir. İstifadə etdiyimiz kosmetik məhsullarda, günəş qoruyucularda, evimizə aldığımız su qablarında, uşaq butulkalarında, qida qutularında, qoruyucu məhsullarda belə bu maddələr var. Buna görə də müalicəyə başlayan cütlüklərə Bisfenol A (BFA) deyə bilinən bu maddə tərkibli plastik qablarda yeməklərini saxlamamaları, yemək isitməməkləri məsləhət edilir. Xüsusilə sular plastikdə deyil, şüşə qablarda saxlanılmalı və istifadə edilməlidir. Zərərli kimyəvilər ana qarnındakı uşağa belə təsir edir. Bu maddələr orqanizmdə az miqdarda olsa da eyni təsirləri göstərir və zərərləri vardır. Mütəxəssilər bildirirlər ki, hansısa risk faktoru olmadan belə gənc yaşlarında yumurta sayı azalan qadınların sayı artıb. Onların məlumatına görə, bu kimyəvilər qadınların yumurta sayılarını da azaldır.скачать dle 11.3
Mojo.az Banner