Bakıda betonqarışdıran maşınla işləyən fəhlə faciəvi şəkildə öldü - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:42 Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır (VİDEO)  |     14:30 Yağıntılı hava nə vaxtadək davam edəcək?  |     14:20 AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb  |     14:17 "Talassemiya işi"nə görə təqsirli bilinən qadınlar apellyasiya şikayəti veriblər  |     13:43 Azərbaycanda güclü zəlzələ gözlənilir? - VİDEO  |     13:33 Sumqayıtda azyaşlı avtoqəzada ölüb  |     23:03 Şokoladlı çay təzyiqə necə təsir edir?  |     22:58 Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlandı  |     22:51 Ağaclar vulkan püskürmələrini əvvəlcədən xəbər verə bilər  |     22:45 Azərbaycanda ömür qısalır - Dünya üzrə 166-cı yerdəyik  |     22:35 Çoxmərtəbəli binalar təbii qazla təmin olunmaya bilər (VİDEO)  |     22:20 Azərbaycanda 2 milyon manatlıq mənimsəməyə görə həbs edilən direktora daha bir İTTİHAM  |     22:07 Ermənistan Müdafiə Nazirliyi hərbçisinin öldüyü barədə məlumat yaydı  |     21:57 Azərbaycan millisi Qazaxıstanı məğlub edib  |     21:45 Bu ixtisaslara qəbul olmaq asandır  |     21:38 Tramp öz "Tesla" avtomobilini satmaq istəyir  |     21:19 ADY bayram günlərində əlavə reyslər təyin edib - AÇIQLAMA  |     21:12 Paşinyanın din xadimi barədə qalmaqallı sözləri komissiya tərəfindən araşdırılacaq  |     20:36 Hüseyn özünə Bakıda ad günü etdi  |     20:18 Mariya Zaxarova İstanbul danışıqlarını faydasız adlandıranları tənqid edib  |    

Bakıda betonqarışdıran maşınla işləyən fəhlə faciəvi şəkildə öldü - RƏSMİ

Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı betonqarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 938 05.02.21 14:42