Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? |
Mojo.az Avto
Mojo.az Avto

Karantin rejimini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi

07.01.2021 15:13 1 095
Karantin rejimini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi
Karantin rejimi müddətində fəaliyyət göstərən çayxana aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Rüdəkənar kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Keçirilən baxış zamanı həmin vaxt orada obyektin sahibi Q.Mirzəyevlə yanaşı 14 nəfər müştərinin də olduğu müəyyən edilib.

Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər