Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha 488 tələbə təhsil haqqından azad edildi

21.12.2020 20:42 831
Daha 488 tələbə təhsil haqqından azad edildi
İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı Gənclər Fondunun elan etdiyi müsabiqənin nəticələri məlum oldu.

Gənclər Fondundan daxil olan məlumata görə, cari ilin 5 noyabr - 3 dekabr tarixlərində ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların doqquz filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 1446 müraciət daxil olub. Müraciət edənlərdən 118-i magistr, 1239 bakalavr və 89 isə orta-ixtisas təhsili alan tələbələrdir.

Tərəfdaş qurumlar ilə birlikdə müraciətçinin təqdim etdiyi sənədlər, eləcə də müvafiq rəy əsasında təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluğu meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 488 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilib. Müsabiqə üzrə qalib olan tələbələrin tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında 662 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.

Bu günədək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilib, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilib. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Son xəbərlər