Mojo.az — elanlar
Son Xəbərlər
11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |    
Mojo.az Avto
Mojo.az Avto

COVID-19-a görə xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə qaytarılması təmin olunur - RƏSMİ

13.03.2020 14:47 1 492
COVID-19-a görə xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə qaytarılması təmin olunur - RƏSMİ
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu virusun geniş yayıldığı ölkələrdə Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir. Bununla yanaşı, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən proqram iştirakçıları və onların təhsil aldıqları universitetlərlə sıx təmaslar davam etdirilir.

Mütəmadi olaraq tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqə yaradılır. Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur. Bu barədə məlumatı Gənclər Fondu yayıb.

Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil prosesi dövlət tərəfindən dəstəklənir.

Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, Gənclər Fondu tərəfindən 2019-cu ildə keçirilib.

Müsabiqə çərçivəsində 74 ixtisas istiqaməti üzrə ABŞ və Avropanın aparıcı ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsil almaq hüququ qazanmış gənclər iştirak ediblər.

Gənclər Fondu koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həmçinin gənclərin beynəlxalq tədbirlərdə iştirakına və beynəlxalq təşkilatlarda təcrübə proqramlarına da müəyyən məhdudiyyətlər tətbiq etməkdədir.

Son xəbərlər