Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

04.05.2024 13:44 1 452
Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib
Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Qaydalar “Təhsil haqqında” qanunun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsili pillələrində yeni təhsil proqramlarının (ixtisasların) açılması məsələlərini tənzimləyir.

Yeni təhsil proqramının (ixtisasların) açılması təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların təsnifatına (bundan sonra təsnifat) yeni ixtisasın əlavə olunmasına, təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində (bundan sonra-təhsil müəssisəsi) ilk dəfə tədrisə başlanılmasına, təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə və təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə şamil edilir.скачать dle 11.3

Son xəbərlər