Mojo.az Banner
16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 1000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

“Mübariz postu”na bayrağımızı sancan baş leytenantın xanımı: “Onun qisası alındı” - FOTO/VİDEO

20.11.2020 21:42 4 164
“Mübariz postu”na bayrağımızı sancan baş leytenantın xanımı: “Onun qisası alındı” - FOTO/VİDEO
Erməni silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı təxribatlar törədiblər. Həmin təxribatlara cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatları həyata keçirib. Əks hücum nəticəsində 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı.

Bu 44 gün ərzində Azərbaycan ordusunda xidmət edən bütün əsgərlər böyük şücaət göstərərək, Vətənin müdafiəsinə qalxdılar. Azərbaycanın Vətən müharibəsində öz canından keçən qəhrəmanlarımız qanı ilə tarix yazdılar.

Vətəni üçün canından keçənlərdən biri də baş leytenant Əhmədli Şahid oldu. Şəhidlik zirvəsinə ucalan Əhmədli Şahid Gülməmməd oğlu 1992-ci ildə Saatlı rayonunun Qaracalar kəndində dünyaya gəlib.

Qəhrəmancasına şəhid olan Şahid Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan posta Azərbaycan bayrağı sancan igid olub.

Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Dilşad Əhmədli məlumat verib.


O bildirib ki, həyat yoldaşı vətən uğrunda canından keçən Azərbaycan oğullarından biridir və onun xatirəsinin daim yaşaması istəyir:

“Həyat yoldaşım bundan əvvəl 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Öz cəsarəti və mərdliyi ilə seçilib. Buna görə mükafatlandırılıb. O qədər vətənpərvər insan idi ki, torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirdi. İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən həyat yoldaşım ön cəbhəyə yollanıb. Sentyabrın 26-sı bizimlə vidalaşıb döyüşlərə qatıldı və Tərtərin Talış kəndində gedən döüyşlər zamanı snayper gülləsinə tuş gələrək şəhid oldu.

Şahid haqqında danışmaq mənim üçün çox çətindir. Onun eləcə də digər şəhidlərimizin qisası alındı. Torpaqlarımız azad olundu. İstəmirəm ki, nə Şahid, nə də onun kimi qanı, canı ilə tarix yazan igidlər unudulsun. Hər birimiz onları tanımalı, xatirələrini əziz tutmalıyıq. Bu bizim mənəvi borcumuzdur”.


“Onu da demək istəyirəm ki, Ş.Əhmədli Suqovuşanın alınması əməliyyatında, eləcə də Murov dağı silsiləsindəki Murov zirvəsinin azad edilməsi istiqamətində gedən döyüşlərdə də iştirak edib. Göstərdiyi qəhrəmanlığa görə, Murov dağ silsiləsindəki zirvələrdən birinə həyat yoldaşımın adı veriləcək - Şahid zirvəsi. Xoşbəxtəm ki, onun xanımı, övladlarını anasıyam. Onun yoxluğu nə qədər ağır gəlsə də, şəhidlik zirvəsinə ucalması ilə fəxr edirəm”, deyə D.Əhmədli bildirib.


Xatırladaq ki, 28 yaşlı baş leytenant Şahid Əhmədlinin iki qız övladı var.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!скачать dle 11.3
Mojo.az Banner