Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:30 Bakıda insanların qorxduğu küçə – “Karantin” adı haradan yaranmışdı? | 22:16 Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı | 22:10 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi | 22:03 Sabah mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq | 21:55 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib | 21:50 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx | 21:44 Altı marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - Siyahı | 21:37 DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gediş haqqı artacaqmı? | 21:32 Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq | 21:27 Yumruqla qızının burnunu sındıran ata - Həbsdən buraxıldı | 21:19 Türkiyəli müğənni 10 il həbs oluna bilər | 21:13 Paşinyan bu halda istefa verəcəyini açıqladı | 21:05 Noyabr ayının son günləri böyük sürpriz yaşayacaq 3 bürc | 21:00 Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli faktlar | 20:53 Tanışının adına kredit götürdü, 647 manatı öz kartına köçürdü - 2 il 8 ay həbs cəzası | 20:48 Nikah davam edir, amma qadınlar əvvəlki soyadlarına qayıdırlar - Səbəb nədir? | 20:40 Ən faydalı qəhvə növlərinin reytinqi | 20:35 Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb | 20:29 Eyni mahnını təkrar-təkrar dinləməyimizin 5 elmi səbəbi | 20:22 Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb |
Mojo.az Avto
Mojo.az Avto

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 14 il ötür

18.06.2024 11:41 3 483
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 14 il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür.

Onun şəhidlik zirvəsinə yüksəlməsindən 14 il ötür.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.

M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Hərbçimizin meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırıb və 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.

2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.

İgidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.

Son xəbərlər