Mojo.az Banner
16:28 Bankların idarəetmə standartlarında dəyişiklik edilib  |     15:59 İspaniya həmin sərhəd keçid məntəqəsini açdı  |     15:36 Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı  |     15:26 "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu (TƏFƏRRÜAT)  |     15:03 Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb  |     15:01 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     14:47 İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb  |     14:44 Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü  |     14:43 Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb  |     14:42 Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi  |     14:41 İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var  |     14:15 Azərbaycan nefti BAHALAŞIB  |     14:07 Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ  |     13:54 Yaponiyada yenə güclü zəlzələ oldu  |     13:49 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ  |     13:43 Paytaxtda çoxmərtəbəli binanın altından metroya keçid inşa edilir? - Qurumdan AÇIQLAMA - VİDEO  |     13:38 Fransada DƏHŞƏT: Mənzildə beş körpə cəsədinin qalıqları tapıldı, qadın həbs edildi  |     13:30 Naxçıvanda DƏHŞƏTLİ QƏTL: Qadın öldürüldü, əri saxlanıldı  |     13:24 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür  |     13:15 Azərbaycanda zəlzələ baş verib  |    
Left Banner
Right Banner

Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirən hərbçimizin anası: “O kadrları dəfələrlə izlədim”

04.11.2020 20:58 2 166
Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirən hərbçimizin anası: “O kadrları dəfələrlə izlədim”
“Müdafiə Nazirliyinin yaydığı həmin videonu dünən ilk dəfə televizorda izlədim. Gözlərimə inanmadım. İşdən gəlib yorğun yatan atasını oyatdım ki, oğlumuzu televizorda göstərirlər.

Qızlarım da gəldi. Televizoru digər kanala çevirdim, gördük oradan da həmin videoçarxı göstərirlər. Gözlərim doldu. Oğlumla fəxr edirəm! İnşallah bütün işğaldakı torpaqlarımız azad olunsun. Bütün əsgər balalarımız evlərinə sağ-salamat qələbə ilə dönsünlər”.

Bu sözləri mərdanə duruşu ilə hamının rəğbətini qazanan qəhrəman topçumuz Vüsal Şahkərimovun anası İlahə Şahkərimova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində söyləyib.

Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub.

Arif Məmmədov adına Qusarçay tam orta məktəbini bitirdikdən sonra, ötən ilin iyul ayında hərbi xidmətə yollanıb.

Babası Ağa Ağayev bildirir ki, Vüsalı televizorda göstərirlər deyəndə kövrəlib. “Özüm də dəfələrlə o kadrları izlədim. Çox sevindim. Öz-özümə deyirdim ki, bu, bizim Vüsaldır? Gördüm hə elə bizim qəhrəman, pəhləvan Vüsaldır. Topdan atəş açıb “Rembo” kimi dayanır. Onda nəvəmlə lap qürur duydum. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əsgərlərimiz düşməni torpaqlarımızdan qovurlar. Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”, - deyə nəvəsi ilə qürur duyan baba söyləyir.

Vüsalın özündən yaşca kiçik iki balaca bacısı var. Yeddi yaşlı Fidan Vətəni qoruyan qardaşı ilə fəxr etdiyini bildirir. “Tezliklə müharibə bizim qələbəmizlə qurtarsın, qardaşım da evimizə qayıtsın”, - deyə balaca Fidan söyləyir.

Vüsalın atası İslam Şahkərəmov isə kövrəldiyindən fikirlərini ifadə etməkdə çətinlik çəkir. “Ötən ilin iyul ayında, doğum günündə hərbi xidmətə yollanıb. İndi isə onun düşmənə necə zərbələr endirdiyini hamı görür. Bütün əsgərlərimizə qələbə ilə evlərinə dönməyi arzu edirəm”.

İndi Vüsal tək Şahkərimovlar ailəsinin, Qusarçay kəndinin yox, bütün Azərbaycanın sevimli, qəhrəman oğludur. Onun kimi qorxmaz əsgər və zabitlərimiz bizə qələbə sevincini yaşatmaqda davam edir. Tezliklə üçrəngli müqəddəs bayrağımız Qarabağın hər yerində dalğalanacaq.

скачать dle 11.3
Mojo.az Banner