Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Murovdağda şəhid olan 19 yaşlı qəhrəman - FOTO

14.04.2021 20:47 1 857
Murovdağda şəhid olan 19 yaşlı qəhrəman - FOTO
On doqquz yaşlı Nurağa Tağıyev Vətən müharibəsinin 14-cü günü Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, şəhid Nurağa Davud oğlu Tağıyev 2001-ci il aprelin 20-də Xaçmaz şəhərində dünyaya göz açıb. Ailənin sonbeşiyi, evin tək oğul övladı idi. Nurağa orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Murovdağ istiqamətindəki döyüş mövqelərinin düşməndən azad olunmasında fəal iştirak edib.

"2019-cu ilin aprel ayında hərbi xidmətə yola saldıq. Goranboyda xidmət edirdi. İdmana həvəsi vardı. Cüdo ilə məşğul olub. Mehriban, hamı ilə dil tapan uşaq idi. Hərbi xidməti başa vurduqdan sonra hüquq mühafizə orqanlarında işləmək arzusunda idi. Sentyabrın 27-də danışanda bildirdi ki, döyüşlərə qatılıb. Telefonla danışanda ürəkli, mərdi-mərdanə danışırdı. Deyirdi, "Hər şey yaxşıdır. Ermənilər dovşan kimi qaçırlar. Məndən arxayın olun". Oktyabrın 10-da səhər saatlarında sonuncu dəfə danışdıq. Günorta isə şəhid olması xəbərini aldıq", - deyə Nurağanın atası Davud Tağıyev söyləyib.

Qəhrəman döyüşçü oktyabrın 10-u Murovdağ istiqamətində döyüşlərdə ağır yaralanıb. Yanında mərmi partlaması nəticəsində yaralanan Nurağa hospitala çatdırılanadək şəhidlik zirvəsinə ucalıb.

Şəhidin anası Yeganə Tağıyeva deyib: "Nurağa cəsur, ağıllı oğul idi. Müharibə vaxtı telefonla danışırdıq. Mənə deyirdi ki, ana ağlama. Hətta bir dəfə telefonla danışanda güclü atəş səsləri gəldi. Narahat olduq. Nurağa gülə-gülə dedi ki, narahat olmayın atan bizik. Bizi çox arxayın etmişdi. Bilirdik müharibənin içindədir. Amma elə danışırdı ki, elə bil heç döyüşlərdə deyil. Çox arzuları vardı. Bacısının övladı dünyaya gəlmişdi. Onu görmək istəyirdi. Sonuncu dəfə şəhid olan günü səhər danışmışdıq. Nurağa özündən muğayat ol, dedim... Oğlumla fəxr edirəm! Şəhid anası olmaq çox şərəflidir".

Nurağa Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçəyə şəhidin adı verilib. Qəhrəman döyüşçü ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

скачать dle 11.3
Mojo.az Banner