Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

Sonunu düşünməyən qəhrəman - Şəhid Nahid Mikayılov

09.12.2020 23:55 1 731
Sonunu düşünməyən qəhrəman - Şəhid Nahid Mikayılov
Kürdəmir rayonunun daha bir sakini 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Nahid Mikayılov Sovqat oğlu 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi elə doğulduğu kənddə başa vuran N. Mikayılov həqiqi hərbi xidmətə yollanıb.

Xidmət müddəti bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq yenidən ordu sıralarına qayıdıb və elə o gündən də Silahlı Qüvvələrimizin nəzdində fəaliyyət göstərməyə başlayıb. Sentyabrın 27-si Vətən Müharibəsi başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən biri olub.

Bir neçə rayonumuzun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Lakin, hərbçilərimizin yanına düşən minaatan mərmi gizir Nahid Mikayılovu da hədəf alıb və o ağır qəlpə yaralarından şəhid olub. Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonuna gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidimizdən geriyə qalan üç oğul övladı qalıb. Gələcəyin üç əsgəri. Qəhrəman atalarının yolunu gedəcək üç qəhrəman oğul. Torpaqlarımızın işğldan azad edilməsi uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!скачать dle 11.3
Mojo.az Banner