Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Düşmənə qan udduraraq şəhidlərin qisasını alan qəhrəman

11.01.2021 23:48 2 013
Düşmənə qan udduraraq şəhidlərin qisasını alan qəhrəman
Qırx dörd günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Məcid Məmmədovdur. Yaşasaydı bu gün 19 yaşını qeyd edəcəkdi. Müharibənin ilk günündən döyüşlərə qatılaraq düşmənə qan udduran igidimiz həlak olana qədər neçə-neçə şəhidimizin qısasını alıb. Məcid yoldaşları kimi, döyüşlərdə düşmənin bir addım da irəliləməsinə, göz açmasına imkan verməyib.

“Report”un Muğan bürosu xəbər verir ki, Məcid Məmmədov 2002-ci ildə Cəlilabad rayonunun Hacıcavad kəndində dünyaya göz açıb. O, hələ uşaq yaşlarından Vətənə sevgisi ilə həmyaşıdlarından seçilib.

Ötən il həqiqi hərbi xidmətə yollanan Məcid Məmmədov İkinci Qarabağ müharibəsi başlayanda Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət göstərib.

Məcid Məmmədov Talış kəndinin və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanın azadlığı uğrunda hərbi əməiyyat onun son döyüşü olub.

Məcidin hərbçi yoldaşları bildirir ki, o, döyüş zamanı başlarının üstündən keçən mərmilərə fikir vermədən irəli atılırdı. Elə şiddətli döyüşlərin birində qəhrəman kimi döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin anası Dürdanə Quliyeva deyir ki, bu, onsuz keçirdiyi ilk ad günüdür: “18 il balama xoş arzularla tort kəsdirmişəm. Bu gün isə yox. Bu il balam 19 yaşını cənnətdə qeyd edib".

Şəhidimizin qardaşı Emilin sözlərinə görə, Məcid ərazilərimizin işğaldan azad edilməsi uğrunda müharibə başlayanda çox sevinib: “Dedi axır ki, torpaqlarımızı azad edəcəyik. Ərazilərimiz daha düşmən tapdağında qalmayacaq.

O, müharibə başa çatan kimi tikmək, ailə qurmaq arzusunda idi. Gözaltısı da vardı. Təəssüf ki, arzusuna çatmadı.

Mən qardaşımla qürur duyuram. Çünki o, ən ağır döyüşlərdə iştirak edib, Vətəni qoruyub. Torpaqlarımızın azadlığa qovuşmasında yaxından iştirak edib”.

Qeyd edək ki, Məcid Məmmədov “Vətən uğrunda və “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

Allah rəhmət eləsin!




Son xəbərlər