Mojo.az Banner
19:44 Polis avtomat, qumbara və tüfənglər aşkarladı  |     19:38 Azərbaycanda 400-ə yaxın şəxs zəhərlənib - Statistika  |     19:30 Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi  |     19:24 Ən yüksək sosial yardımı onlar alır - SİYAHI  |     19:15 "Başına torba keçirib..." - Sərhəddə həbs olunan Yadullanın anası  |     19:03 Azərbaycanın Ermənistana satdığı benzinin qiyməti qalxdı  |     18:57 Verdiyi sözü hər zaman tutan 3 BÜRC  |     18:52 İdman edənlər diqqət: Turşu suyu ilə balın faydaları  |     18:45 Gecə saatlarında etdiyi hərəkətə görə HƏBS EDİLDİ  |     18:39 Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO  |     18:34 İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? – RƏSMİ AÇIQLAMA  |     18:19 Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın söndürülüb  |     18:18 Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI  |     18:09 Sabunçuda evdən 10 min manatlıq oğurluq olub  |     17:47 Bakıda futbolçu ÖLDÜ - FOTO  |     17:31 Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları (SİYAHI)  |     17:21 Ukrayna Rusiyada neft emalı zavoduna zərbə endirib  |     17:08 Bu əşyanı özünüzlə mütləq götürün – Pilotdan məsləhət  |     16:56 Ölkəmizdə donuzların yarıdan çoxu bu rayonda saxlanılır  |     16:51 Sabah hava necə olacaq?  |    
Left Banner
Right Banner

Qarabağ qazisi Göyçayda coşqu ilə qarşılanıb

14.12.2020 21:18 1 983
Qarabağ qazisi Göyçayda coşqu ilə qarşılanıb
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsinin iştirakçılarından biri də Elməddin Tahir oğlu Məmmədovdur. Qarabağ qazisi doğulduğu Göyçay rayonunun Çərəkə kəndində böyük coşqu ilə qarşılanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, E.Məmmədov orta məktəbi bitirdikdən sonra 2013-cü ildə hərbi xidmətə yollanıb. Uşaq vaxtından silaha, orduya maraq göstərən Elməddinin snayper olmaq böyük arzularından biri olub. Elə bu arzusu onu snayper kimi xidmət etməsinə gətirib çıxarıb. 2014-cü ildə hərbi xidmətini başa vuraraq doğulduğu kəndə qayıdıb.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində könüllü olaraq qeydiyyatdan keçib. Elməddin bir müddət sonra ordu sıralarına çağırılır, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir. Düşmənin atdığı minaatan mərmisi yanına düşdüyündən başından qəlpə yaraları alır. Döyüş yoldaşlarının köməyilə ərazidən çıxarılaraq xəstəxanaya çatdırılır. Qazimiz müalicə aldıqdan sonra yenidən cəbhəyə dönmək istəsə də, səhhəti buna imkan vermir və kəndə ailəsinin yanına göndərilir.скачать dle 11.3
Mojo.az Banner