Mojo.az Banner
13:19 Ermənistanda çox sayda hərbçi zəhərləndi  |     13:13 "Kubinka" sakinləri "Vialon" MTK-dan narazıdır - VİDEO  |     13:08 "Benzini üstümə tökdü..." - Ölümə səbəb olan şəxsin məhkəməsi  |     13:01 Ölən vətəndaşın pensiyası varisinə verilə bilər  |     12:57 Kirayə mənzillərin qiyməti bahalaşacaq - Bu tarixlərdə  |     12:51 Azərbaycanın bu şəhərində maaş Bakıdan yüksəkdir  |     12:48 Sabah hava necə olacaq?  |     12:43 Xırdalandakı qətlə görə iki nəfər saxlanıldı  |     12:30 Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib  |     12:25 P.Diddi Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər  |     12:22 Astarada dənizdə boğulan şəxs 5 UŞAQ ATASIDIR - Axtarışı davam etdirilir (Yenilənib)  |     12:16 Azərbaycan neftinin qiyməti 95 dolları keçib  |     12:15 Lənkəranda avtomobil dərəyə aşdı, ölən var  |     12:13 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək  |     12:11 Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI  |     12:08 Fransada itkin düşən məşhur tiktokerin meyiti tapılıb  |     12:08 Xırdalanda 31 yaşlı kişi qətlə yetirildi  |     12:03 Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır  |     11:51 Uşaqlar niyə kosmetika bazarının hədəfinə çevrilib? — Tənqidi ARAŞDIRMA  |     11:48 Rusiyada yaşayan azərbaycanlıları nə gözləyir? - Deportasiya qaydaları sərtləşir  |    
Left Banner
Right Banner

Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA (VİDEO)

06.05.2024 11:25 2 229
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA (VİDEO)
Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.

Bizim.Media məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirib.

Direktor əvəzi həmin məktəblinin altıncı sinifdən məktəbə gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.
Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib.

O qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb.

Onlar ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz Rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır.скачать dle 11.3
Mojo.az Banner