Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın MDB Şurasının 42-ci iclasına ev sahibliyi etməsi planlaşdırılır

04.11.2020 19:09 1 665
Azərbaycanın MDB Şurasının 42-ci iclasına ev sahibliyi etməsi planlaşdırılır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata əsasən, 40-cı iclas şuraya sədrlik edən Özbəkistanın Daşkənd şəhərində videokonfrans formatında təşkil edilib.

İclasda tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydalar, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi, Müstəqil Dövlətlər Birliyinin 2021-ci ildə qeyd ediləcək 30 illik yubileyinə həsr olunacaq tədbirlər və digər müştərək həyata keçirilə biləcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar verilib.

İclas çərçivəsində MDB-yə üzv-dövlətləri tərəfindən 2021-ci ilin “Memarlıq və şəhərsalma ili” kimi qeyd olunacağı ilə əlaqədar tədbirlər planı müzakirə edilib. Plana əsasən gələn il Azərbaycanda “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda elmi-praktiki konfransın və “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın 42-ci iclasının da 2021-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.скачать dle 11.3
Mojo.az Banner