Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur |
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA

29.10.2020 17:18 1 722
Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA
“Cəbhə bölgəsində döyüşlərin gərgin getdiyi bu dönəmdə ordumuza, dövlətimizə dəstək olmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmaq məqsədi ilə gənclər də gərgin mübarizə aparır”.

Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, bu məqsədlə onlar müxtəlif ölkələrin parlament, konqres, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayır:

“Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti haqqında məlumatlar verirlər. BMT-nin 4 qətnaməsi (822, 853, 874, 884) ilə Azərbaycan ərazisi kimi tanınan torpaqlarına Ermənistanın iddialı olması, eyni zamanda, hazırda beynəlxalq hüququn prinsip və normalarını pozaraq hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə və digər şəhər və rayonlarda sivil əhaliyə qarşı törədilən terror aktları bu məktublarda öz əksini tapır”.

“Gənclərin məktublarına Baptist Dünya İttifaqı İnteqral Missiya Rəhbəri Everton Cekson, Bosniya Hersoqovina Parlament üzvü Semsudin Mehmedovic, İrlandiya Parlament qrupunun vitse-sədri Sian O'Kalqın ölkəmizin haqlı mövqeyini dəstəkləyən cavablar verib, BMT qətnamələrini pozan Ermənistanın işğalçılıq, aqressiya və terror siyasətini pisləyərək, Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd ediblər.

Öz növbəsində Azərbaycanın ədalətli mövqeyini qoruyan bu şəxslərə gənclərimiz tərəfindən təşəkkür bildirilib”, - deyə S.Məmmədova qeyd edib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın Kaliforniya ştatının Senatoru Diana Feinştein, Corciya senatoru Kelli Leofler, Almaniya Bundestaqından Mahmut Özdemir gənclərə cavab olaraq dəstək məktubu göndərib, Azərbaycanın yanında olduqlarını bəyan ediblər.

Son xəbərlər