Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur |
Mojo.az Avto
Mojo.az Avto

Senat və Almaniya Bundestaqından Azərbaycan gənclərinə cavab - FOTO

16.10.2020 20:34 1 833
Senat və Almaniya Bundestaqından Azərbaycan gənclərinə cavab - FOTO
Gənclərimiz müxtəlif dünya ölkələrinin parlament, konqress, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayıblar.

Bununla bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu müraciətlərdə Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti pislənməklə yanaşı, eyni zamanda, bu siyasət nəticəsində hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir və digər şəhər və rayonlarda yaşayan sivil əhaliyə qarşı törədilən terror aktlarına xüsusi diqqət çəkilib, həyatını itirən, yaralanan, zərər çəkən vətəndaşlar barədə ətraflı məlumat verilib. İşğalçı dövlətin beynəlxalq hüququn prinsip və normalarını pozması pislənilib. Ən sonda gənclərimiz bu ölkələrin dövlət rəsmilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verməyə çağırıblar.

ABŞ-ın Kalifornia Ştatının Senatoru Dianne Feinstein, Corciya senatoru Kelly Leoffler, Almaniya Bundestaqından Mahmut Özdemir gənclərə yazdıqları cavab məktublarında bölgədə artan gərginlik və şiddətdən yaranan narahatlıqlarını və Azərbaycanda Ernənistan tərəfindən törədilən terror aktlarından təsirləndiklərini bildiriblər. Azərbaycanın yanında olduqlarını ifadə edən Senat və Bundestaq üzvləri Ermənistan tərəfindən dinc əhaliyə qarşı hücumların da qəbulolunmaz olduğunu ifadə edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı bu haqlı mübarizədə ölkəmizi dəstəklədiklərini bir daha ifadə ediblər.

Son xəbərlər