Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:37 Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlandı | 18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:49 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək |
Mojo.az Avto
Mojo.az Avto

Prezidentin köməkçisindən erməni əsgərin Sərhəd Xidmətimizin geyimində yayılan fotosuna SƏRT REAKSİYA

26.10.2020 13:43 4 905
Prezidentin köməkçisindən erməni əsgərin Sərhəd Xidmətimizin geyimində yayılan fotosuna SƏRT REAKSİYA
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni əsgərin Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimini geyinməsi ilə bağlı məsələyə münasibət bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılıb:

“Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurub. Bir neçə dəqiqədən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinib.

Həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb.

Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanıb və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilib. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər”.

“Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.

Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək, məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər.

Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

1988-ci ildə SSRİ DTX-nin dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çalışırıq.

Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”, - deyə H.Hacıyev əlavə edib.

Son xəbərlər