Mojo.az Banner
16:11 DİQQƏT - Uşaqlara bu adların qoyulması qadağan edilir  |     16:10 Yer kürəsində geomaqnit pozuntuları proqnozlaşdırılır  |     16:09 Nikol Paşinyan: "Ermənistan Avropa İttifaqını şantaj etmək niyyətində deyil"  |     16:04 Azərbaycan çempionatında hakimləri təhdid edən menecer ağır cəza aldı  |     15:49 Yanvar-mart aylarında 11.5 min şəxsə əlillik təyin olunub  |     15:38 Bakıda toy vaxtı gözlənilməz hadisə: Şadlıq evinin tavanı deşildi - Video  |     15:30 Türkiyədə daha bir məktəbə silahlı hücum: Ölənlər və xəsarət alanlar var  |     15:27 Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? - RƏSMİ AÇIQLAMA  |     14:27 İTV-yə yeni baş direktor nə vaxt seçiləcək?  |     14:01 Prezident Kitabxanasında "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb  |     13:19 Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI - VİDEO  |     13:01 Nüfuz alverində ittiham olunan polkovnikə HÖKM OXUNDU  |     12:55 FHN-in Akademiyasında təhsil almaq istəyənlərin nəzərinə - Qəbul müddəti uzadıldı  |     12:43 AAYDA-da iki vəzifəli şəxs işdən çıxarıldı  |     12:42 Hacı Əliyevə YÜKSƏK RÜTBƏ verildi  |     12:41 Azərbaycanda narkotikə görə 13 əcnəbi həbs edilib  |     12:36 Üç ayda 76 milyon manatlıq narkotik MÜSADİRƏ EDİLİB  |     12:36 Övladla ünsiyyətə icazə verməyən valideyn CƏZALANDIRILA BİLƏR - Ali Məhkəmədən İZAH  |     12:35 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     12:34 Leyla Əliyeva və Alyona Əliyeva "Yaddaşa həkk olunan təsvir" adlı sərginin açılışında - FOTO  |    
Left Banner
Right Banner

Zəngilanın iqtisadi və resurs potensialının təhlili

21.10.2020 16:39 1 980
Zəngilanın iqtisadi və resurs potensialının təhlili
"Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir.

Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır”.

Median.Az AZƏRTAC-a istinadən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin Zəngilanın iqtisadi və resurs potensialı barədə şərhini təqdim edir:

"Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən rayonun xüsusi özəlliyi var ki, İran ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər.

Habelə, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən "Vecnəli” yatağı, ehtiyatları 6 milyon 618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6 milyon 24 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28 milyon 943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 milyon 102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17 milyon 367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur.

Erməni işğalçıları tərəfindən istismar edilən bu yataqlar sözügedən ölkənin dırnaqarası "keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəsinə çevirib.


Belə ki, Ermənistan xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan torpağına aid Ermənistan ərazisində də mineral ehtiyatlar mövcuddur. Sözügedən ölkə Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiyaya ixrac edir. Söz yox ki, istismar edilən mineral resursların mənşəyini saxtalaşdıraraq Avropa ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu.

Çünki Avropa İttifaqının qanunvericilik normalarında mənşə ölkəsinin bilərəkdən səhv ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab edilir və bu kimi hallar aşkarlandığı müddətdə ticarət sanksiyaları tətbiq olunur.

Bütün bunları bilən Ermənistan malın mənşə özəlliyini saxtalaşdıraraq Ermənistan ərazisi kimi göstərib. Bu yataqların işlənməsində iştirak edən "Sterlite Gold Ltd”, "Sirkap Armenian”, "Base Metals”, "Manex and Valex” və "Armenian Copper Program” kimi onlarla şirkətin əksəriyyəti xaricdəki erməni diasporası tərəfindən idarə edilib.

Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır.

Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır.

Nəticə etibarilə ölkəmizin mədən, tikinti sənayesi və turizm potensialı üçün əlverişli iqtisadi mühitə malik Zəngilan rayonunda istismar edilən təbii sərvətlər ölkəmizin resurslarına qarşı faşist siyasətin nümunəsidir.

Son 27 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində istifadəsi mümkün olmayan təbii sərvətlər, Ermənistanın kriminal fərdləri tərəfindən çıxarılaraq digər ölkələrə ixrac edilib. Erməni cəmiyyətinə məlum olmalıdır ki, işğal altında olan torpaqlarda istismar olunan sərvətlərdən gələn gəlirlər, heç zaman monoetnik erməni milləti arasında bölüşdürülməyib. Yalnız öz şəxsi mənafeyinə xidmət edən fərdlərin qanunsuz şəxsi yığım, satış və sərvət toplaması hüquqi cəhətdən cinayət predmetidir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək. İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynayacaq. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur.

Belə ki, qızıl ixracı həyata keçirən dövlət şirkətinin ixracı aylıq ortalama 10-18 milyon ABŞ dolları arasında dəyişir. Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən "Vecnəli” yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaq”.скачать dle 11.3
Mojo.az Banner