Fərid Şəfiyev: “Rusdilli məktəblər ikidilli sistemə keçə bilər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:39 İşğaldan azad olunmuş ərazilərdə milli park yaradılır  |     13:23 Yer kürəsində maqnit qasırğası başlayıb  |     13:15 Türkiyədə zəlzələ oldu  |     12:42 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir  |     12:25 Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir  |     11:58 İsrailin baş naziri və prezidentinin təyyarəsi Təl-Əvivdən havaya qalxıb  |     23:01 ABŞ Prezidenti: Yaxın Şərqdə böyük münaqişə təhlükəsi yaranıb  |     22:54 Rusiya ordusunda pilotsuz sistemli qoşunlar yaradılır  |     22:49 Azərbaycan ayaqqabı ixrac etməyə başlayıb - VİDEO  |     22:41 Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir (VİDEO)  |     22:34 Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir (VİDEO)  |     22:20 Qarabağda Ermənistan istehsalı minalar basdırılıb - Etiraf  |     21:59 Elvin Hüseynov ölkəni tərk edibmiş - RƏSMİ  |     21:46 Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi  |     21:30 "Wikipedia" redaktorları süni intellektə üsyan edir  |     21:24 İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi (RƏSMİ)  |     21:17 QUR "Rusiya günü"ndə Sibirin ən böyük provayderlərindən birini çökdürdü  |     21:12 Bahalı avtomobil nömrəsi almaq adı ilə iş adamının 106 min manatını mənimsədi  |     21:05 Bakıdakı məşhur kafe 3 milyona satışa çıxarıldı (FOTO)  |     20:59 Tibb məntəqəsinin müdiri dələduzluğa görə cərimə edildi  |    

Fərid Şəfiyev: “Rusdilli məktəblər ikidilli sistemə keçə bilər”

Son zamanlar Azərbaycanda rus məktəblərinin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev məsələ ilə bağlı bildirib ki, əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir.

Onun fikrincə, bu iki məsələ ayrılmalıdır.

“Uzun illər post-sovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır. Bu, bir tərəfdən Rusiyanın geosiyasi mövqeyi, digər tərəfdən müstəqil dövlətlərin daxili siyasətindəki bəzi proseslərlə bağlı olub.

Müsbət haldır ki, Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər.

Rus məktəblərinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan dövlət büdcəsindən bu məktəblərin fəaliyyəti tam maliyyələşdirilir. Lakin bu məsələdən siyasi divident qazanmaq istəyi uğursuzdur. Ermənistanda rus məktəblərinin sayının əhaliyə nisbətən az olmasına və ümumiyyətlə, son vaxtlar ölkənin daxili siyasətində hökm sürən anti-rus meyllərinə baxmayaraq, Tovuz hadisələrinin gedişatı göstərdi ki, Rusiya dövləti öz ənənəvi müttəfiqini dəstəkləməkdə davam edir.

Bu baxımdan Azərbaycanda rus məktəblərinin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmaq lazımdır. Ölkənin müstəqilliyinin möhkəmlənməsi, eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsini tələb edir.

Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilis dilinin mənimsənilməsini labüd edir”.

F.Şəfiyev vurğulayıb ki, Azərbaycanda olan rus məktəblərinin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur:

“Beləliklə, mövcud şəkildə fəaliyyət göstərən rus məktəbləri nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər.

Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunur. Bu sistemə əsasən, məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılır. Məsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər (Bu çərçivədə müxtəlif variantlar təklif oluna bilər).

Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə, eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər.

Nəticə etibarilə, rusdilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 175 14.09.20 16:50