Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda gitaraçını öldürən oğlu polis nəzarətinə götürülüb

11.09.2020 18:55 1 284
Bakıda gitaraçını öldürən oğlu polis nəzarətinə götürülüb
Bakıda ehtiyatsızlıqdan adamöldürmədə ittiham edilən Şövqü Süleymanlı barədə qərar verilib.

“Report”un əldə etdiyi məlumata görə, Ş.Süleymanlı sentyabrın 8-də şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Sentyabrın 10-da isə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sentyabrın 8-i saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilib. Hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilib.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Ş.Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası N.Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası N.Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, N.Süleymanlı tanınmış gitara ifaçısıdır. O, bir çox məşhur müğənniləri müşayiət edib.скачать dle 11.3
Mojo.az Banner