Mojo.az Banner
17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov qələbəni şərh etdi

26.08.2020 23:08 1 816
Qurban Qurbanov qələbəni şərh etdi
"Qalib gəldik, futbolçuları təbrik edirəm. Son 8 gündə 2-ci oyunumuz idi. Amma sonadək gücümüz çatdı. Bizim üçün vacib oyun idi. Sönük matç kimi görünsə də, qol epizodlarımız çox oldu. İstifadə edə bilmədiyimiz üçün bir az əsəbilik var idi. İstənilən halda, növbəti mərhələyə vəsiqə qazandıq və ən azı, Avropa Liqasının pley-offunu təmin etdik".

"Report"un məlumatına görə, bunu Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Şerif"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, rəqib belə hallarda daha aqressiv olur. Çünki itiriləsi bir şeyi olmur: "Son dəqiqələrdə 1-2 epizodları oldu. Ümumilikdə oyuna nəzarət bizdə idi. Onlar özləri də qırmızı vərəqə alacaqlarınəı gözləmirdilər. Futbolçulara ciddi yanaşmağı tapşırmışdım".

O, mövsümün sonunda komandanl tərk edən Miçel Madera ilə yeni transfer Uroş Matiçi müqayisə edib: "Miçelin vaxtında fərqli oyun göstəririrdik. İndi bir az daha geridən oynayırıq. Matiçdan daha çox şey gözləyirik. 4-5 ay futbol oynamayıb. Gələcəkdə daha yaxşı olacaq".

Qurbanov sıx qrafikin futbolçulara çətinlik yaradacağını söyləyib: "Onlar ən böyük yüklənməni oyunda alır. Bərpa üçün çox vaxt alır. Təkcə milli komanda deyil, ondan sonrakı qrafik də çox sıxdır. Bunu 3 gün öncə də müzakirə etdik. Əvvəlki illərdən daha çətin olacaq. Bu da futbolçularda nəinki yorğunluq, zədəyə də gətirib çıxara bilər. Futbolçular istirahıtlərinı fikir verməlidirlər. Deməzdim ki, bu vəziyyət onları uçuruma aparacaq".

Qurbanov rəqib komandanın baş məşqçisi Zoran Zekiçin mətbuat konfransında iştirak etmək istəməməsinə münasibət bildirib: "Məndə bir dəfə belə hal olub. Hətta stadiondan çıxıb geri qayıtmışam. "Qarabağ"da 3-cü vəı ya 4-cü oyunum idi. "Simurq"a uduzmuşduq. Azarkeşlər istefa qışqırmışdılar. Sonradan stadionba qayıdıb konfransda iştirak etdim".

Təcrübəli mütəxəssis deyib ki, növbəti oyunlarda daha yaxşı müdafiə xətti olacaq: "Bu səhvləri düzəltmək olar. Kevin və Bədavi nadir hallarda təkbətək mübarizələri uduzurlar. Bunlar yorğunluqdan irəli gələn şeylərdir. Meydanın vəziyyəti də onlara mane olurdu".скачать dle 11.3
Mojo.az Banner