Mojo.az Banner
17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bu, ədalətsizlik oldu" - Qurban Qurbanov

19.02.2021 23:55 1 383
"Bu gün sadəcə qol çatmadı. Futbolçularımdan çox razı qaldım. Hər matç bizə böyük təcrübə verir. Daha da yaxşı olmalıyıq ki, belə görüşlərdə qalib gələk".

Median.Az
-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis nəticənin ədalətli olmadığını bildirib: "Bu qədər qol epizodundan sonra qalib gəlməmək ədalətsizlik sayıla bilər. Amma inanıram ki, bunun qarşılığını görəcəyik".

Baş məşqçi qış fasiləsində transfer etmədiklərinə görə təəssüf hissi keçirmədiyni söyləyib: "Hamı oyunçu axtarışındadır. Pandemiya ilə bağlı ciddi dəyişikliklər oldu. Əlimizdəki futbolçuları qoruyub saxlamaq vacib idi".

Qurbanov Abbas Hüseynovun cərimə meydançasında yıxıldığı epizodu şərh edib: "Özüm təkrarlara baxmamışam. Sadəcə, toxunuş səsi gəldi. Bu oyunda hakim üçün idarəçilik çətin idi. Yan hakim epizodu daha düzgün görə bilərdi. Deyilənə görə, Patrik Andradenin epizodunda penalti var idi. Amma bu barədə danışmaq bizə yaraşmaz. Futbolçulara bəhanə vermək istəmirəm".

Mütəxəssis Kevin Medinaya cəza verdiklərini vurğulayıb: "Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir".скачать dle 11.3
Mojo.az Banner