Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: "Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil"

30.10.2021 21:30 1 482
Qurban Qurbanov:
"Futbolçuları təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Yaxşı komandaya qarşı qalib gəldik. Rəqibin də bacarıqlı oyunçuları var".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis görüşün çətin keçdiyini söyləyib: "Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil".

Qurbanov Ağdam təmsilçisinin fanatlarının rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirib: "Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil. Amma etirazımı bildirdim. Mənə görə xoş deyil. Hər zaman demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır. Öz düşüncələri və ideyaları var. İstəmirəm ki, bizim fanatları digər klubların məşqçilərinə şüar səsləndirsinlər. Rəqib komandanın baş məşqçisini istefaya səsləmək düzgün deyil. Mən istəyirəm ki, bizim bütün baş məşqçilərə hörmətlə yanaşsınlar. Ümid edirdim ki, bu, bir daha təkrarlanmayacaq".

Təcrübəli baş məşqçi Abdullah Zubirin görüşün sonunda ayağında ağrılar hiss etdiyini deyib: "Son günlər yaxşılaşmışdı. Ona görə arxayın idim ki, 90 dəqiqəyə gücü çatar. UEFA Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı ilə (2:1) matçdan sonra narahatlıq var idi. Sabah onun durumu tam bilinəcək".

Son xəbərlər