Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb | 22:59 Binəqədidə ikimərtəbəli ev yanıb | 22:50 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdi - FOTO | 22:43 Şəmkirdə parçalanmış kişi meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda açıq sahədə yanğın - YENİLƏNİB

19.08.2020 17:39 1 484
Bakıda açıq sahədə yanğın - YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə başlayan yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, ərazidə yanğın olması ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları sözügedən ünvana yollanıb:

“Yanğın qeydə alınan ərazinin yaxınlığında neft buruqları olub. Əməkdaşlarımız tərəfindən yanğın tam söndürülüb və yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısı alınıb”.

* * * * *

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə yanğın başlayıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər