Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda açıq ərazidə 50 m² sahədə təkər tullantıları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın saat 12:55-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
* * * * *
Bakı şəhərinin Binəqədi rayonu ərazisində təkər tullantıları yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.