Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda vəzifəli şəxs xüsusi karantin rejimində saxta arayışlar verib

06.08.2020 19:51 2 710
Azərbaycanda vəzifəli şəxs xüsusi karantin rejimində saxta arayışlar verib
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Goranboy Rayon Prokurorluğundan verilən məlumata görə, Goranboy Rayon Prokurorluğuna Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun “Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin qərarına zidd olaraq, xüsusi karantın rejimində sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə məlumat daxil olub.

Araşdırmalarla Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən istifadə edərək, ayrı-ayrı şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün qanunsuz olaraq 100 ədəd arayış tərtib etməklə verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işinə başlanılıb, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

4 avqust 2020-ci il tarixində cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.

Son xəbərlər