Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi | 16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı | 15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı | 15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi | 13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? |
Mojo.az Avto
Mojo.az Avto

"TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"

06.08.2020 15:27 1 959
"Adama rayonuna görə yox, özünə görə hörmət qoymaq lazımdır...”

“Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər”.

Bunu moderator.az-a açıqlamasında Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. O, koronavirus xəstələriylə işləyən həkimlərin maaşlarının verilməməsinə etirazını bildirib:

“TƏBİB həkimlərin çoxunun əmək haqqısını verməyib. Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər. Ən qorxulu, riskli işdir. Buna görə bir çox həkimlərimiz dünyasını dəyişdi. Bunlar elə bilirdilər ki, koronavirus xəstəsi az olacaq, amma bütün xəstəxanalar doldu. Ona görə də elə bildilər ki, 50-100 həkimə əlavə maaş verəcəklər. Demişdilər ki, həkimlərə maaşlarının beş misli veriləcək. Amma məlum oldu ki, TƏBİB yalan danışır. Koronavirus xəstələriylə işləyən həkimlərin hamısının maaşları verilməlidir. Virusun altı növü var və Kovid-19 bunun yeddinci növüdür. Xəstənin toxunduğu yerdə virus beş sutka qala bilir. Həkimlərimizin hər biri ailə başçısıdır, onlar bununla öz ailələrini də axı təhlükə altında qoyurlar. Hər şeyə cavabdeh Səhiyyə Nazirliyi olmalı idi. Bunları nazirliyin tərkibindən çıxarıb TƏBİB-ə verdilər və onların da gördüyü iş göz qabağındadır. TƏBİB ancaq yerdəyişmə etməklə məşğuldur, başqa heç nə bacarmır. Bizim evimizi yıxan da qohum və yerlibazlıqdır. Adama rayonuna görə yox, özünə görə hörmət qoymaq lazımdır”.

Qeyd edək ki, deputat Rüfət Quliyev Lənkərandan olan bir qrup həkimin maaşlarının TƏBİB tərəfindən verilmədiyini bildirib.

Son xəbərlər