Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”

06.10.2020 13:57 1 974
Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”
COVID-19 təhlükəsi hələ keçməyib.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, hələ də bu xəstəliyin vaksini tapılmayıb:

“Bu gün böyük həyəcan içərisində Ali Baş Komandanın gördüyü işin, aldığımız torpaqların sevincini qeyd etmək üçün kütləvi şəkildə insanlar bir araya yığışır. Azərbaycanın 10 milyon insanı orduya necə kömək edəcəyini düşünür. İnsanların qan vermək, əsgərlərə yemək, paltar aparmaq kimi hadisələri müşahidə edirik. Amma biz koronavirus təhlükəsini unutmamalıyıq. COVID-19 sözünü biz o qədər eşitdik ki, bəlkə də yorulmuşuq. Amma biz bu gün əsgərlərimizi də bu pandemiyanın ağır nəticələrindən qorumalıyıq. Payız aylarında Azərbaycan səhiyyəsi pandemik alovlanmaya hazırdır. Ancaq bunun nəticəsində biz xəstəxanaya çoxlu xəstə aparsaq, hazırda cəbhədə olan həkimlərimiz bu xəstəxanalara qayıtmağa məcbur olacaq. Bunu düşünmək lazımdır.

Bu gün COVID-19-dan qorxmamaq məsələsi gündəm olmamalıdır, koronavirusa meydan oxumaq məsələsi olmamalıdır. Bu gün Azərbaycan əsgərini düşünərək, daha diqqətli olaq. Ona görə də üç sadə qaydaya (maska, sosial məsafə, gigiyenik təmizlik) daha çox əməl etməklə, pandemik vəziyyətin alovlanması ehtimalını sıfıra endirək. Bu, Azərbaycan əsgərinin, Azərbaycan ordusunun haqq yolu üçün bizim görəcəyimiz işlərdən biridir və onlara verəcəyimiz ən böyük töhfədir. Mən operativ qərargahın üzvü kimi bütün Azərbaycan əhalisindən xahiş edirəm ki, koronavirus barədə ehtiyatlı olsun, qaydalara riayət etsin. Bunu ən çox Azərbaycan əsgəri, ordumuz üçün etsin”.скачать dle 11.3
Mojo.az Banner