Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Orduya dəstək aksiyası yoluxma sayına necə təsir edəcək?

20.07.2020 18:56 1 044
Orduya dəstək aksiyası yoluxma sayına necə təsir edəcək?
"Hazırda statistikada dəyişiklik varsa,o, müsbət istiqamətdədir”.

Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Tovuz istiqamətində gedən döyüşlərdən sonra vətəndaşların orduya dəstək aksiyalarında toplaşma hallarına münasibət bildirən zaman deyib.

O qeyd edib ki, hələ ki, toplaşmalarla bağlı yoluxma sayındakı artışı bu günlərdə görməyəcəyik: "Bilirik ki, xəstəliyin inkubasyon dövrü var. Ölkəmizdə baş verən müxtəlif məsələlərlə bağlı insanların emosional hissləri var və bu onları bəzi sərhədləri keçməyə məcbur edir. Ancaq unutmamalıyıq ki, koronavirus realdır”.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, şəhidlərimizi yola salmağa gələn insanlar öz hissləri ilə davranır: "Onlara hər hansı məhdudiyyət qoymaq düzgün olmaz. Ancaq məsafə saxlamaq çox vacibdir. Bizim ölkədə qeyri-qanuni keçirilən digər yas mərasimlərindən xəbərimiz var və bu, arzuolunan deyil”.скачать dle 11.3
Mojo.az Banner