Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda keçmiş məhkum sevgilisinin anasını döyüb qarət etdi

29.06.2020 21:41 1 825
Bakıda keçmiş məhkum sevgilisinin anasını döyüb qarət etdi
Bakıda keçmiş məhkum sevgilisinin anasını qarət edib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları əvvəllər xuliqanlığa və qəsdən sağlamlığa yüngül xəsarət yetirməyə görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Asif Abbasovun yerinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər görürlər.

Həmin şəxs iyunun 27-də, saat 15:00 radələrində Binə qəsəbəsində birlikdə yaşadığı qadının anası - 1962-ci il təvəllüdlü Dostubəyim Seyfullayevanı döyüb, onun pulqabından 200 manat götürərək, hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işinə başlanılıb.

Ayın əvvəlindən bəri paytaxtda polis tərəfindən doqquz qarət hadisəsi qeydə alınıb. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayının sonunda tətbiq olunan xüsusi karantin rejimi zamanı bu cinayətlərin sayı kəskin azalıb. Müqayisə üçün qeyd edək ki, bu ilin mart ayında Bakıda 19 qarət hadisəsi qeydə alınmışdı.скачать dle 11.3
Mojo.az Banner