Mojo.az Banner
14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Masallıda itkin düşən üç qız tapıldı - YENİLƏNİB

20.06.2020 14:20 4 063
Masallıda itkin düşən üç qız tapıldı - YENİLƏNİB
Masallıda itkin düşən üç qız iyunun 20-də, saat 03:00 radələrində qonşu rayonun ərazisində tapılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl, iyunun 19-da 2004-cü il təvəllüdlü Kərimova Alamə, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinənin Masallı rayonunun Şərəfə kəndində itkin düşdükləri barədə xəbər yayılmışdı. Son iki nəfər bacıdır. A.Kərimova onların yaxın qohumudur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətləri və polis əməkdaşları qızların axtarışlarına cəlb olunub.

İtkin düşənlər Salyan rayonunda tapılıb. Məlum olub ki, qızlar heç kimə demədən Bakıya, evlərinə qayıtmağa çalışıblar.

Onlar Şərəfə kəndində babalarının evində qalıblar.

Paytaxta getmək üçün qızlar yük maşını saxlayıblar. Xoşbəxtlikdən, polis vaxtında müdaxilə edərək, uşaqları valideynlərinə qaytarıb.

* * * * *

Masallı rayonunda üç qız itkin düşüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner