Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusdan sağalma müddəti açıqlandı - RƏSMİ

18.06.2020 21:40 1 996
Koronavirusdan sağalma müddəti açıqlandı - RƏSMİ
“Bu gün Azərbaycanda koronavirus xəstələrinin sağalma müddəti də uzanıb. Xəstələr orta hesabla 12-14 gün ərzində sağalır”.

Median.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hazırda koronavirusa yeni yoluxanlarla sağalanların sayında müəyyən fərq yaranıb:

“Xəstəxanada uzun müddət qalanların sayı çoxalıb. Bu da müəyyən qədər xəstəxanalarda yerlərin qısa zamanda dolmasına səbəb olur. Adətən, xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur. Xəstələrin böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVID-19 üçün xarakterikdir.

Xəstəxanaların oksigen sistemi buna hesablanmayıb. Bunu nəzərə alaraq, üç ay ərzində səhiyyə ocaqlarına yüksək keyfiyyətli oksigen generatorları gətirmişik. Xəstəxanaların böyük əksəriyyətində oksigen balonları generatorlarla əvəz olunub”.скачать dle 11.3
Mojo.az Banner