Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ağır işlərdə çalışanların pensiyaya çıxmaq yaşı azaldılır - VİDEO

10.06.2020 16:44 1 604
Azərbaycanda ağır işlərdə çalışanların pensiyaya çıxmaq yaşı azaldılır - VİDEO
Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığı artırılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi beş il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.

Pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir.

Qeyd edilən kateqoriyadan olan vətəndaşlar üçün bu humanist yanaşma pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır.

Layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla bağlı da humanist yanaşma özünü göstərir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.

Bu da onların pensiya hüququna əlçatanlığını artırır.

Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.


Son xəbərlər