Mojo.az Banner
22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |     21:52 MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişib  |     21:47 Mal əti bahalaşıb - VİDEO  |     21:00 Marsda nə vaxtsa həyat olub? - YENİ NƏTİCƏ  |     20:53 Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?  |     20:45 Bakının kirayə bazarında yeni dalğa - Ev axtaranlara xəbərdarlıq  |     20:40 Su pulunu azaltmaq üçün bunu edin – Detallar  |     20:31 "Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB  |     20:24 "Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş  |     20:16 Avqust ayında pulu tükənməyəcək BÜRCLƏR  |     20:10 Qızıl bahalaşmaqda davam edir: Bazarın əsas hərəkətverici qüvvəsi nədir?  |     20:01 Kart limitləri və rəqəmsal manat: Bank sistemində yeni dövr başlayır?  |     19:55 Azərbaycandan Ermənistana açıq mesaj: Konstitusiya dəyişikliyi əsas tələbdir  |     19:49 Boşandıqdan sonra əmlak bölgüsü - Qanun nə deyir?  |     19:43 Naxçıvanda yüksək vəzifəyə təyinat  |     19:34 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək  |     19:28 Bu ölkənin deputatları sosial media hesablarını sildilər  |     19:23 Bakı Metropolitenində xətlərin ayrılması bu üstünlükləri yaradacaq - FOTO  |    
Left Banner
Right Banner

Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə təcili yardım xidmətinin iş rejimi - VİDEO

06.06.2020 22:46 2 805
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə təcili yardım xidmətinin iş rejimi - VİDEO
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu iki gün ərzində sərt karantin rejimi elan olunub və bununla da vətəndaşların çölə çıxışı tam olaraq məhdudlaşdırılıb.

Belə olduqda isə polis və təcili yardım işçilərinin üzərinə böyük yük düşür.

Onlar gücləndirilmiş iş rejimində çalışaraq vətəndaşların köməyinə gedirlər.

8 saylı köməkçi təcili tibbi yardım stansiyasının əməkdaşları səhər-axşam demədən “103” çağrı mərkəzi tərəfindən onların stansiyasına yönləndirilən bütün çağırışların yardımına qaçırlar.

Çağırış briqadasının üzvü Zəhra Məmədova deyir ki, bu gün ötən günlərə nisbətən gələn çağırılarda böyük artım var.

Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva isə bildirir ki, çölə çıxması məhdudlaşdırılan vətəndaşlar 103 çağrı mərkəzindən maraqlı müraciətlərlə kömək istəyirlər.

Adi günlərdə Bakı şəhəri üzrə xətdə hər gün 130 təcili yardım briqadası xidmət edirdisə, bu gün vəziyyətlə əlaqədar onların sayı 155-ə çatdırılıb.


скачать dle 11.3
Mojo.az Banner