Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşları Türkiyədə 90 gün vizasız qala biləcək

03.06.2020 14:57 3 571
Azərbaycan vətəndaşları Türkiyədə 90 gün vizasız qala biləcək
Bundan sonra Azərbaycan vətəndaşları Türkiyədə 90 günədək vizasız qala biləcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan qərar “Resmi Gazete”də dərc olunub.

Türkiyə və Azərbaycan hökumətləri arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında sazişdə deyilir:

“Bundan sonra “Tərəf” və ya "Tərəflər" adlandırılacaq Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti, iki ölkə arasında dostluq münasibətlərini və əməkdaşlığı möhkəmləndirmək arzusu iki ölkə vətəndaşlarının səfərlərini asanlaşdırmaq məqsədilə, aşağıdakılar barəsində razılığa gəldilər:

Maddә 1

1. Bu Saziş hər iki Tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək.

2. Tərəflərin vətəndaşlarına məxsus pasportlar digər Tərəfin ərazisinə giriş tarixindən etibarən ən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır.

Maddə 2

1. Hər bir Tərəfin etibarlı pasporta sahib olan vətəndaşları digər Tərəfin ərazisinə daxil olmaq, tranzit keçmək, oradan getmək və müvəqqəti qalmaq üçün Tərəflərin milli qanunvericiliyinin icazə verdiyi maksimum qalma müddəti saxlanılmaq şərti ilə 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.

2. Bir Tərəfin ərazisində 90 (doxsan) gündən artıq müddətdə qalmaq istəyən digər Tərəfin vətəndaşları yaşamaq icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər.

Maddə 3

1. Bir Tərəfin ərazisində akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqlara və ya beynəlxalq təşkilatların nümayəndəliklərinə diplomatik əlaqələr və konsulluq əlaqələri haqqında Vyana Konvensiyalarına uyğun şəkildə təyin olunmuş digər Tərəfin etibarlı pasporta sahibi olan vətəndaşları təyinat müddəti ərzində qəbul edən Tərəfin ərazisinə daxil olmaq, oranı tərk etmək və tranzit keçmək üçün viza tələbindən azad edilirlər.

2. Bu maddənin birinci paraqrafının müddəaları onların etibarlı pasport sahibi olan və onlarla birgə yaşayan ailə üzvlərinə də şamil edilir”.

3. Bu maddənin 1-ci paraqrafının icrası üçün Tərəflərin vətəndaşlarının təyinatları barədə beynəlxalq təşkilatların bildirişi kifayət hesab edilir.

Maddə 4

1. Bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları digər Tərəfin ərazisinə beynəlxalq sərnişin daşımaları üçün təyin edilmiş sərhəd-keçid məntəqələrindən istifadə etməklə daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.

2. Bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları dövlət sərhədini keçərkən digər Tərəfin milli qanunvericiliyindən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər.

Maddə 5

1. Bir Tərəfin ərazisində olduqları zaman etibarlı pasportları itirilən, yaxud korlanan digər Tərəfin vətəndaşları, vətəndaşı olduqları dövlətin diplomatik və ya konsulluq missiyası tərəfindən həmin vətəndaşa verilən yeni pasport və ya sərhədkeçmə sənədləri əsasında, qəbul edən dövlətin səlahiyyətli qurumlarından viza və ya digər icazə almadan, digər Tərəfin ərazisini tərk edirlər.

2. Xəstəlik və ya təbil fəlakət kimi fövqəladə hallarda bu Sazişin 2-ci maddəsində qeyd olunan müddətdə digər Tərəfin ərazisini tərk etmək iqtidarında olmayan və bu vəziyyətlə bağlı sənədli və ya digər sübutlara malik olan bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları, onların vətəndaşlıq mənsubiyyətinin olduğu və ya daimi yaşadıqları ölkəyə dönüşünə lazım olan müddət üçün digər Tərəfin ərazisində qalmaq müddətinin uzadılması icazəsini əldə etmək məqsədi ilə müvafiq qurumlara müraciət edə bilərlər.

Maddə 6

1. Bir Tərəfin ərazisində akkreditə olunmuş digər Tərəfin diplomatik nümayəndəlik və ya konsulluqların əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti ilə məşğul olmasına dair bağlanacaq saziş istisna olmaqla, vizadan azad etmə Tərəflərin vətəndaşlarına işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququnu vermir.

2. Tərəflərin ərazisində əmək fəaliyyəti, araşdırma, tədqiqat, təhsil, ailənin bir araya gəlməsi və uzunmüddətli yaşamaq (90 gündən artıq) məsələlərini tənzimləyən xüsusi məqsədli vizaların verilməsi Tərəflərin milli qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

Maddə 7

1. Tərəflər bu Saziş qüvvəyə mindikdən sonra 60 (altmış) gündən gec olmayaraq, etibarlı pasportların nümunələrini diplomatik kanallar vasitəsi ilə mübadilə edirlər.

2. Tərəflər pasportlarında hər hansı bir dəyişiklik etdikləri halda bu barədə bir-birilərini diplomatik kanallar vasitəsi ilə məlumatlandırır və pasportların dövriyyəyə buraxılmasından 60 (altmış) gün əvvəl onların nümunələrini təqdim edirlər.

Maddə 8

Müstəsna hallarda bir Tərəf digər Tərəfin vətəndaşlarına öz dövlətinin ərazisinə daxil olmasına icazə verməmək və ya onların burada qalmaq müddətini dayandırmaq hüququnu özündə saxlayır.

Maddə 9

1. Tərəflər müharibə, epidemiya, təbii fəlakət, həmçinin milli təhlükəsizliklə bağlı ictimai asayişin qorunması və ya vətəndaşların sağlamlığına təhlükə kimi fövqəladə hallar zamanı bu Sazişin tətbiqini tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar.

2. Sazişin tətbiqinin dayandırılması və bərpa olunması haqqında qərar digər Tərəfə diplomatik kanallar vasitəsilə bildirilir və bildirişdən 30 (otuz) gün sonra qüvvəyə minir.

Maddə 10

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı diplomatik yolla həll edilir.

Maddə 11

Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə istənilən vaxt dəyişikliklər edilə bilər. Belə dəyişikliklər 12-ci maddənin 1-ci paraqrafında təsbit edilmiş prosedura uyğun olaraq qüvvəyə minir.

Maddə 12

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən birinin bu Sazişi ləğv etmək niyyətini digər Tərəfə diplomatik kanallar vasitəsilə bildirməsinin 90-cı (doxsanıncı) gününədək qüvvədə qalır.

3. Bu Sazişin qüvvəyə mindiyi tarixdən “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında” 8 sentyabr 2003-cü il tarixli Saziş qüvvədən düşür”.

Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər.

Son xəbərlər