Mojo.az Banner
Son Xəbərlər
16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda böyük cinayətkar klanın keçmiş üzvü məhkəmə zalından azadlığa buraxıldı – TƏFƏRRÜAT

22.05.2020 20:22 1 938
Bakıda böyük cinayətkar klanın keçmiş üzvü məhkəmə zalından azadlığa buraxıldı – TƏFƏRRÜAT
Bakıda cinayətkar klanın keçmiş üzvü Balaqardaş Dadaşov məhkəmə zalından azadlığa buraxılıb.

Bu barədə Oxu.Az-a Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Mayın 22-də məhkəmə 1969-cu il təvəllüdlü Akif Rüstəmovun cəza müddətinin başa çatması ilə əlaqədar onun sərbəst buraxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Ə.Rüstəmov mütəşəkkil cinayətkar dəstənin üzvü olub.

O, 20 il əvvəl iş adamlarını qaçırmaqla bağlı beynəlxalq axtarışa verilib və 2018-ci ilin 7 fevralında Moskvada tutulub.

Bütün bu müddət ərzində həmin şəxs fərqli ad altında gizlənib. A.Rüstəmov başqasının pasportundan istifadə edərək Rusiya vətəndaşlığını alıb. Moskvada Miçurin prospektində təhlükəli cinayətkarın tutulması üçün əməliyyat SOBR (Xüsusi Çevik Reaksiya Bölməsi) döyüşçüləri tərəfindən aparılıb.

Ə.Rüstəmovun kirayə götürdüyü mənzildə axtarış zamanı “İL-70” tapançaları, 9 çaplı 23 ədəd patron və Qazaxıstan vətəndaşının adına olan saxta pasport aşkar edilərək götürülüb.

O, qanunsuz silah alverində və saxta pasportdan istifadə etməkdə ittiham olunub. Sonra A.Rüstəmov Azərbaycana ekstradisiya edilib.

A.Rüstəmov 22 fevral 1995-ci ildə Bakıda IMPROTEX şirkətinin vitse-prezidenti Matfey Rafailoviç Elizarovun qaçırılmasında iştirak edib.

Quldurlar M.Elizarovu Mərdəkan qəsəbəsindəki bağına aparıb və girovun sərbəst buraxılması üçün yarım milyon dollar tələb ediblər. Ancaq cəmi 150 min dollar əldə edə biliblər. M.Elizarov sərbəst buraxılıb.

A.Rüstəmovun üzvü olduğu dəstəyə Lotu Tahir və Tahir Bülbülinski kimi tanınan, 1969-cu il təvəllüdlü qanuni oğru Tahir İbrahimov rəhbərlik edib. Bu barədə Oxu.Az-a qaçırma hadisəsini araşdıran Suraxanı rayonunun keçmiş polis əməkdaşı məlumat verib.

A.Rüstəmovun bu məsələdə tərəfdaşları Yusif Əliyev (Yuska Bakinski) və Əli ləqəbli, 1963-cü il təvəllüdlü kriminal avtoritet Ələddin Məmmədov olub. Sonuncu Rusiyada olmasını azərbaycanlı oliqarxlardan birinin köməyi ilə qanuniləşdirib. Rusiya hüquq-mühafizə orqanları Moskvada bizneslə məşğul olan A.Məmmədova (nəqliyyat vasitələrinin təmiri üzrə “Star” MMC-yə sahibdir) qarşı təqibləri dayandırıb.

A.Rüstəmov və Ə.Məmmədov Bülbülinskinin dəstəsi ilə birlikdə 1951-ci il təvəllüdlü Nardaran sakini, “Malış” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovun cinayətkar klanına üzv olublar.

Klanın 40 üzvü olub. İndi B.Dadaşov İranda gizlənir. O, təxminən 12 adam oğurlayıb. Cinayətkar “karyera”sına 1981-ci ildə törədilmiş qətlə görə cəzasını çəkdiyi Arxangelsk həbsxanasında başlayıb.

Burada o, Rusiya mafiyasının məşhur nümayəndəsi – “qanuni oğru” Yaponçiklə dostlaşıb. Yeri gəlmişkən, Bülbülinski B.Dadaşovun ən yaxın əlaltılarından biri olub.

A.Rüstəmovun dəstəsi 1995-ci ilin mayında Bakıdakı çay fabrikinin şərik sahibi Rafiq Rəsulovun qaçırılması hadisəsində də iştirak edib. Daha sonra onların iştirakı ilə neft anbarının direktor müavini Mürvəttağı Bayramovun qaçırılması baş verib.

Həmçinin 1995-ci il yanvarın 30-da mütəşəkkil cinayətkar dəstə Suraxanı rayonundakı ət və ət məhsulları anbarının direktoru Müzəffərov Xanlar Məmmədqulu oğlunu oğurlayıb. X.Müzəffərov üç gün sonra pul verəcəyini vəd edərək sərbəst buraxılıb. Bu vasitə ilə quldurlar 20 min dollar və 70 min dollar dəyərində zinət əşyaları əldə ediblər. Bu qaçırılmadan sonra mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Dəstə lideri tutulub və 12 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ilin dekabrında Bülbülinski sərbəst buraxılıb.

Son xəbərlər