Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qadınların pasportlarını alıb kişilərlə görüşdürən şəxs azadlığa buraxılıb

27.02.2019 18:58 1 976
Qadınların pasportlarını alıb kişilərlə görüşdürən şəxs azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Bəşirova cəza verilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova 2018-ci ilin sonlarında həbs edilib.

Belə ki, o, 2017-ci ildən “İnterpol” kanalları ilə beynəlxalq axtarışa verilib. Məlum olub ki, M.Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Malayziyaya aparıb və orada cinsi istismara məruz qoyub. O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

M.Bəşirovadan zərərçəkmiş qadınlar Türkiyədən Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Son xəbərlər